İran İsveçdəki səfirini geri çağırdı
İran Stokholmdakı səfirini geri çağırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada bildirib:
"İran Həmid Nuriyə qarşı əsassız və uydurma ittihamlarla İsveçdə qəbul edilən qeyri-qanuni qərara cavab olaraq, İsveçdəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib".
Qeyd edək ki, İranda 1988-ci ildə baş verən kütləvi edamlarda rolu olduğu iddia edilən sabiq prokuror müavini Həmid Nuri 2019-cu ilin noyabrında İsveçdə həbs edilib. O, "qəsdən adam öldürmə" ittihamı ilə Stokholm Rayon Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.
Onun Kərəc şəhərindəki Gevherdeşt həbsxanasında prokuror müavini vəzifəsində çalışarkən siyasi məhbusların edamında iştirak etdiyi iddia edilib. Həmid Nuri ona qarşı irəli sürülən ittihamları rədd edib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?