İran terroru genişləndirir: Səfirlik və sinaqoq teraktından sonra Türkiyə hərbi bazası…

İran terroru genişləndirir: Səfirlik və sinaqoq teraktından sonra Türkiyə hərbi bazası…Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazası artilleriya qurğuları ilə atəşə tutulub. Hücumun məsuliyyətin "Əhrar əl İraq" terrorçu qruplaşması öz üzərinə götürüb.
Türkiyə Müdafiə Nazirliyi terror hücumu zamanı heç bir tələfatın olmadığını bildirib.
Tehrandan Ankaraya mesaj
Türkiyə ordusunun Başika hərbi bazasına edilən hücum təsadüfi deyil. Düzdür, ilk dəfə deyil ki, Türkiyənin Şimali İraqdakı hərbi bazasına hücum edilir. Misal üçün, "Əhrar əl-İraq" qrupu 2022-ci ildə Türkiyə hərbi qüvvələrinin olduğu Zlikan bazasına da edilən hücumu üzərinə götürmüşdü. Bununla belə bu dəfəki hücumun pərdəarxası bir çox məqamı var.
Məsələ ondadır ki, Türkiyə ordunun Başika hərbi bazasına edilən hücumun pərdə arxasında İran dayanır. Bunu təsdiq edən ən önəmli fakt hadisənin "Əhrar əl-İraq" qrupu tərəfindən törədilməsidir. "Əhrar əl-İraq" qrupu isə  İran tərəfindən maliyyələşən "Haşdi Şabi" terror qruplaşmasına bağlıdır.
İranı Türkiyə ilə bağlı bir çox məqam narahat edir.
Birincisi, Türkiyənin İraqda hərbi varlığı və keçirdiyi antiterror əməliyyatları İranın Şimali İraq üzərindən Suriyaya, Livana və Fələstinə silah daşımasına ciddi maneə törədir. Xüsusilə qeyd etmək lazımdır ki, Başika hərbi bazası İranın qeyd edilən ölkələrə silah-sursat daşındığı əsas əraziyə yaxındır.
İkincisi, rəsmi Ankaranın İsrail ilə yaxınlaşması, münasibətləri normallaşdırması Tehranı sözün əsl mənasında panikaya salıb. İran xarici siyasətinin prioritet istiqamətindən biri də Təl-Əviv-Ankara münasibətlərini daim gərgin saxlamaq, ehtimal yaxınlaşmaların qarşısını almaqdır. Lakin son zamanlar iki ölkə arasında Azərbaycanın vasitəçiliyi, eyni zamanda diplomatik fəaliyyəti ilə baş tutan yaxınlaşma İran maraqlarına uyğun deyil.
Üçüncüsü, bir neçə gün öncə Azərbaycanın Tehranda səfirliyinə hücum edildi. Bu hadisə İranın molla rejimi tərəfindən həyata keçirildi. Hadisə sonrası rəsmi Bakıya hər zaman olduğu kimi Türkiyədən ciddi dəstək gəldi. Dövlət başçıları, rəsmilər səviyyəsində təmaslar quruldu hadisənin yerindəcə dəyərləndirilməsi aparıldı. Məhz bu hadisə sonrasında Türkiyənin İraqda hərbi bazasında İran tərəfindən dəstəklənən terror qrupunun hücum etməsi Tehranın Ankaranın bu məsələdə mövqeyindən narahat olduğunu göstərir.
Türkiyə hərbi bazasına edilən hücumu, Azərbaycan səfirliyinə qarşı törədilən teraktın və İsraildə sinaqoqda baş tutan terror hadisəsinin davamı kimi qiymətləndirmək olar.
Bu, faktiki olaraq bir daha onu sübut edir ki, molla rejimi Bakı-Ankara-Təl-Əviv üçlüsünə qarşı hibrid müharibə elan edib. Hər üç hadisənin motivi fərqli olsa da məğzi eynidir.
Ankaranın cavabı…
Türkiyəni bu tip hücumlar ilə qorxutmaq mümkün deyil. Rəsmi Ankara bu hücuma misli ilə cavab verəcək. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akarın son açıqlaması – ən son terrorçu zərərsizləşdirilənə kimi mübarizənin davam edəcəyini vurğulaması da təsdiqləyir.
Türkiyə İraqda keçirdiyi antiterror əməliyyatlarının miqyasını gücləndirə, "Həşdi-Şabi" və ona bağlı "Əhrar əl-İraq" qruplarına aviasiya zərbələri endirə bilər.
Müəllif: Politoloq Turan Rzayev / azxeber.com

Siyasi       Tarix: 03 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 sonxeber.az cəbhədən xəbər xeberler bugun