İran-Turan savaşı: Tehranın GÖZÜ Səmərqənddədir - TARİXDƏN TƏHLİLƏ

İran-Turan savaşı: Tehranın GÖZÜ Səmərqənddədir - TARİXDƏN TƏHLİLƏ"Kitabi Dədə-Qorqud" boylarında Azərbaycan və Şərqi Anadolu bölgələrini əhatə edən Oğuz dövlətindən bəhs olunur. Ərazisi Trabzondan Xəzər dənizinə kimi geniş ərazini əhatə edib.
KONKRET.az xəbər verir ki, eradan əvvəl IX əsrdə Cənubi Qafqazın qərbində oğuzların İşquqeli dövləti olub. Bu haqda Urartu qaynaqlarında məlumat var.
Eramızın V əsrində isə oğuzların başçılıq etdiyi hun-bolqar hərbi birləşməsi Bizans və Sasani işğalçılığına qarşı mübarizə aparıb. İran-Turan müharibələri haqqında əfsanə bu hadisələrdən qaynaqlanıb. Sasanilər İranı, Ağ hunlar isə İranın şərqindəki bütün torpaqları idarə edirdilər. Bura Əfqanıstan, Orta Asiya və Hindistanın şimalı aid olub. Erkən orta əsrlərdə ən güclü türk dövləti də Turan olub. Ət-Təbəri kimi tarixçilər fars mənşəli olduğu üçün İran-Turan savaşlarında Sasanilər təriflənir. Amma farslar iddia etdikləri qədər güclü olsaydılar, indi Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddəki IX Zirvə Görüşünü qorxaraq izləməzdilər.
Farslar niyə qorxur?
Bu təşkilatda Atillanın hun nəslinin macar davamçıları, Çingiz xanın, Teymur Ləngin, Səlcuqların, Osmanlının, xəzərlərin, Tommirisin, Aranların, Cavanşirin dövlətçilk irsini qoruyan türklər təmsil olunub. İran narahatdır ki, Atropatın nəslindən olan cənubi azərbaycanlı türklər də çoxdan arzulanan müstəqilliyi qazanarlar və qüsursuz bir Turan qurular. Paytaxtı Təbriz olan ikinci Azərbaycan dövlətinin yaranması bütün türk dünyasının birləşməsi deməkdir.
Prezidentin Səmərqənd mesajları:
"Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir".
– Bir sözlə, türk dünyasının birləşməsi MDB, KTMT, Aİ, NATO və s. təsisatlara üzvlüyü lazımsız edir.
"Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".
– TDT bundan sonra türkləri etnik sıxışdırma ilə üz-üzə qoyan İran kimi dövlətlərə qarşı daha sərt ola bilər.
"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır".
– İran vətəndaşları olan və o torpaqların əsl sahibi sayılan 30 milyondan çox azərbaycanlının azadlıqları hüquq çərçivəsində, mərhələli şəkildə tənzimlənəcək. Ana dili azadlıqlarından sonra muxtariyyət məsələləri qabardıla və ardınca referenduma gedilə bilər.
İran da bunu bilir, onun himayədarları da yaxşı anlayırlar:
• İngilislərin yaratdığı şah rejimində iki dəfə azərbaycanlıların azadlıq hərəkatı baş verib
• Buna görə də London və Paris İran əhalisinin ortaq nöqtəsi olan şiəliyin ehtiva olunduğu rejimin qurulmasına qərar verdilər
Yəni farsların dominantlığı ilə digər xalqların azadlığı əllərindən alınıb. Yalandan adını da "əhli-beyt" sevdası qoyublar. Farslar özlərinə imam Hüseyn bənzətməsi verir ki, guya atası ingilis olan ayətullahın əsasını qoyduğu ideologiya uğrunda mübarizə aparanlar cənnətlik olacaq. Azıx mağarasında yaşadığımız minilliklər olsaydı, buna inanmağın bəraəti var idi. Amma indi yox, cənablar!
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 11 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeber cəbhədən şad xəbər bugunun xeberleri butun xeberler