Moskvanın unutduğu mühüm sənəd – "Ruslar Bakını belə görmək istəyir"

Moskvanın unutduğu mühüm sənəd – Rusiya İkinci Qarabağ müharibəsində əvvəlki dövrlərlə müqayisədə Azərbaycana açıq şəkildə maneə yaratmadı və bu, bölgədə yeni geosiyasi reallıqların formalaşmasına gətirib çıxardı. Lakin son 6–7 ayda Moskva-Bakı münasibətlərində nəzərəçarpacaq dərəcədə soyuma və gərginlik müşahidə olunur.
Bir çoxlarını təəccübləndirən əsas məqam isə Rusiya sülhməramlı qüvvələrinin 2024-cü ilin aprelində, razılaşdırılmış müddətdən xeyli əvvəl Qarabağdan çıxarılması oldu. Bu addım zahirdə Bakı üçün müsbət görünürdü, lakin onun ardınca baş verən hadisələr – AZAL-a məxsus təyyarənin Rusiya hərbçiləri tərəfindən hədəfə alınması, Yekaterinburqda azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi və bunun ətrafında formalaşan ictimai rəy rəsmi Moskvanın Azərbaycanı müəyyən qərar və mövqelərə görə cəzalandırmaq cəhdi kimi dəyərləndirilir.
Birdən-birə nə dəyişdi? Hansı geosiyasi və diplomatik faktorlar Rusiya Prezidenti Vladimir Putini bu cür addımlara verməyə vadar etdi? Kreml Bakı üzərində nəzarət mexanizmini itirdiyini düşündüyü üçün təzyiq rıçaqlarını işə salır?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, Rusiya Federasiyasının Azərbaycana münasibətində zaman-zaman müəyyən ziddiyyətli məqamlar müşahidə olunur:
"Görünür, Rusiyada bir sıra dairələr hələ də imperiya təfəkküründən xilas ola bilməyiblər. Onlar məsələyə bu prizmadan yanaşaraq Azərbaycanı özlərindən asılı vəziyyətdə görmək istəyirlər. Buna baxmayaraq, son illərdə Azərbaycan və Rusiya arasında qonşuluq münasibətlərinin qorunub saxlamasının mühüm olduğu da göründü. Onu da unutmayaq ki, Rusiya Federasiyası Azərbaycanın strateji müttəfiqlərindən biridir. Bu barədə rəsmi sənəd imzalanıb. Hazırda bəzi rusiyalı siyasətçilər sanki belə bir sənəd mövcud deyilmiş, biz heç vaxt strateji tərəfdaş olmamışıq kimi özlərini təkzib edən fikirlər səsləndirirlər. Amma fakt budur ki, belə bir sənəd var. Azərbaycan bir qonşu kimi Rusiya ilə müsbət, konstruktiv münasibətlər qurmaq istəyən ölkə olub və həmişə də belə olacaq".
F.Qurbanov bildirib ki, son aylarda Bakı-Moskva münasibətlərində müşahidə olunan gərginliyi həm qlobal miqyasda gedən proseslərlə, həm də Rusiyanın ənənəvi maraqlarını qorumaq cəhdləri ilə izah etmək olar:
"Lakin bir həqiqət də var: Azərbaycan Respublikası 1993-cü ildən bu günə qədər sübut edib ki, müstəqil dövlətdir. Yəni heç bir dövlətin təsiri altında olmayacaq. Rəsmi Bakı xarici siyasəti milli maraqlar çərçivəsində qurur. Azərbaycan Prezidenti İlham Əliyev də bunu hər addımında sübut edir.
Ölkə rəhbərliyinin həm AZAL təyyarəsinin hədəfə alınması, həm də Yekaterinburqdakı olaylara münasibəti Azərbaycanın zərrə qədər də müstəqilliyindən və xarici siyasətindən kənara çıxmayacağını göstərdi. Onu da nəzərə alaq ki, hazırda dünyada geosiyasi güclərin böyük savaşı gedir. Bütün hallarda Moskva Azərbaycanın müstəqilliyinə, hüquqlarına və qərarlarına hörmətlə yanaşmalıdır.
Azərbaycan hər zaman müstəqil mövqeyini qoruyub. Ümid edirik ki, diplomatiyamız bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcək. Bu, Rusiya ilə münasibətlərdə də belə olacaq. Qarşı tərəf də gec-tez Bakının konstruktiv mövqeyini görəcək".

Siyasi       Tarix: 07 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat beynelxalq bank mezenne metbuat xeberleri xeber.az 2026