Karapetyan həbsxanadan Paşinyana qarşı ÇAĞIRIŞ ETDİ: "Yeni güc ətrafında birləşmək vaxtıdır"
Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan iş adamı Samvel Karapetyanın müraciətini vəkili Aram Vardevanyan oxuyub.
KONKRET.azxəbər verir ki, Karapetyan bildirib ki, son bir neçə gün onun həyatında ən önəmli dönəmlərdən biri olub. Qeyri-qanuni həbsdə olmasına baxmayaraq, minlərlə insanın dəstəyi sayəsində özünü tənha və təcrid olunmuş hiss etmədiyini vurğulayıb.
O, qeyd edib ki, bu dəstək Ermənistan cəmiyyətinin əksəriyyətinin bir fikirdə olduğunu göstərir: "Tarixə və milli dəyərlərə arxa çevirən, yalnız öz mənafeyini güdən kiçik bir qrup insan erməni xalqının və Erməni Apostol Kilsəsinin mahiyyətini tapdalaya bilməz."
Karapetyan, Ermənistanın gələcəyinin mövcud hökumət və baş nazir Nikol Paşinyanla bağlı olmamalı olduğunu deyib: "Vaxt gəldi ki, yeni güc ətrafında birləşək və bunu öz üsulumuzla həyata keçirək."
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi