İran XİN sözcüsü səfirə xəbərdarlığa görə Bakıya etirazını bildirdi
"İranın Bakıdakı səfirinin XİN-ə çağırılmasını xoş niyyət kimi qiymətləndirmək olmaz".
KONKRET.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın Azərbaycan Xarici İşlər Nazirliyindəki səfirinin çağırışını şərh edərkən deyib.
"İranın hərbi təyyarəsi respublika ərazisində olub. Uçuş Azərbaycan sərhədindən lazımi məsafədə həyata keçirilib. Rəsmi Tehran Bakının bu addımını xoş niyyət hesab edə bilməz.
Belə uçuşlar vaxtaşırı İranın sərhədyanı rayonlarında və İran ərazisində monitorinqlər çərçivəsində həyata keçirilir. Uçuşlar əvvəllər də həyata keçirilib", – deyə Kənani bildirib.
Onun sözlərinə görə, təyyarə sərhədi keçmədən uçub. İranlı diplomatın qeyd etdiyi kimi, radarlar tərəfindən qeydə alınan pozuntular və ya hər hansı nasazlıqlar zamanı radio vasitəsilə xəbərdarlıqlar alınır.
"Bu uçuşla bağlı heç bir xəbərdarlıq olmayıb", – sözçü deyib.
O əlavə edib ki, bu məsələni səfirlik və hərbi attaşe vasitəsi ilə həll ermək mümkün idi.
"Azərbaycanla müdafiə sahəsində əlaqələrimiz var. Səfirliyimiz fəal işləyir, orada hərbi attaşemiz fəaliyyət göstərir. Əgər bu, xoş niyyətə əsaslansaydı, o zaman İran səfirliyinə və hərbi attaşemizə sualla müraciət etmək olardı. Fikir mübadiləsi aparılacaq və anlaşılmazlıq aradan qaldırıla bilərdi. Azərbaycan hökumətinin səfiri çağırmasını xoş niyyətli hərəkət kimi qiymətləndirə bilmərik", – Kənani qeyd edib.
Onun sözlərinə görə, Tehran Bakı ilə konstruktiv qarşılıqlı fəaliyyətə ümid edir:
"Biz bu kimi məsələlərin ixtisaslaşmış strukturlar çərçivəsində qaldırılacağını və həllini gözləyirik. Mübahisəli məsələlərin mətbuatda və tribunalardan səsləndirilməsi onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil".
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir