İrana hücum əmri verildi? - F-35 havaya qaldırıldı: İLK TOQQUŞMA

İrana hücum əmri verildi? - F-35 havaya qaldırıldı: İLK TOQQUŞMA"Bu gün İrana məxsus "Shahed-139" dronu ABŞ-ın "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşmağa cəhd edib. Aviadaşıyıcıdan qalxan F-35 təyyarəsi dronu vurub. Bir qədər sonra SEPAH-a məxsus 2 ədəd sürət kateri ABŞ ticarət gəmisinə yaxınlaşıb. Onlar gəmini ələ keçirməyə çalışıblar, lakin yaxınlıqdakı ABŞ hərbi gəmisi hadisə yerinə yönəldikdən sonra iranlılar uzaqlaşıb".
İrana hücum əmri verildi? - F-35 havaya qaldırıldı: İLK TOQQUŞMAKONKRET.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında paylaşıb.
"Bundan əlavə, ABŞ mediasının (Axios) məlumatına görə, İran hökuməti bu həftə İstanbulda ABŞ nümayəndə heyəti ilə planlaşdırılan görüşdən imtina edib. İran tərəfi görüşün Omanda, başqa ölkələrin iştirakı olmadan ikitərəfli formatda keçirilməsini və yalnız nüvə mövzusunun müzakirəsini istəyib" – Ş. Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, İranın öz mövqeyini sərtləşdirməsi göz önündədir: "Bu cəsarət qarşı tərəfin tərəddüdlərindən qaynaqlanır. Trampın hərbi variantı seçməyə həvəsli olmadığını İran da görür. Tramp ehtiyatlanır ki, hücum əmri verərsə, İranın cavab addımları bölgədə böyük müharibəyə, vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. O, uzanacaq bir savaş qəti istəmir.
İran rejimi isə bütün bunları düşmənin zəifliyi kimi qiymətləndirərək onu geri çəkilməyə vadar edə biləcəyini, bununla da Əsədin devrilməsi ilə başlayıb, 12 günlük müharibə ilə yekunlaşan dövrdə sarsılan nüfuzunu bərpa edəcəyini düşünür. Lakin bu perspektivin cazibəsinə qapılıb rasionallıqdan uzaqlaşmaq İrana baha başa gələ bilər".

Siyasi       Tarix: 04 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbərlər xeber az son xabarlar idman xeberleri