İranda hakimiyyət dəyişəcək - Rza Pəhləvi şanslı görünmür - DETALLAR

İranda hakimiyyət dəyişəcək - Rza Pəhləvi şanslı görünmür - DETALLARİranda mövcud rejim əleyhinə etirazlar hələ də davam edir. Digər tərəfdən Qərbin də molla rejimini dəyişmək istədiyi ilə bağlı fikirlər səsləndirilir və əsas namizədin keçmiş şahın oğlu olduğu bildirilir. Güney azərbaycanlıları isə ən çox zülmü elə şahın dövründə görüblər.
Maraqlıdır, onlar yenidən şahın varisinin hakimiyyətə gəlməsini istəyirlərmi? Qərbin planı həqiqətən də Rza Pəhləvini hakimiyyətə gətirməkdir?
Politoloq Sədrəddin Soltan KONKRET.az-ın suallarını cavablandırarkən bildirib ki, Qərb mövcud rejimin dəyişdirilməsi ilə bağlı dəqiq fikir deməyib:
İranda hakimiyyət dəyişəcək - Rza Pəhləvi şanslı görünmür - DETALLAR"Son 20 ildə İranda aksiyalar zamanı hər kəsi bu sual düşündürüb: bu rejim nə vaxt hakimiyyətdən gedəcək? Hətta rejim daxilində belə bu istiqamətdə narahatlıqlar olub. Vaxtilə atom nüvə proqramı ilə bağlı danışıqlarda İran ABŞ-ın mövcud rejimi devirməyəcəyi ilə bağlı təminat almaq istəyirdi. Bu, dəfələrlə İran xarici işlər nazirlərinin çıxışlarında müxtəlif formalarda çatdırılıb. Birləşmiş Ştatlar isə ölkədə hakimiyyətin dəyişdirilməsində maraqlı olmadığını bəyan edib. Qərb dövlətləri bu gün də rejim dəyişdirilməsi ilə əlaqədar konkret fikir irəli sürmürlər. Amma İran hakimiyyətini müxtəlif məhdudlaşdırıcı tədbirlərdən istifadə etməklə daim təzyiq altında saxlamağa çalışırlar".
Politoloqun sözlərinə görə, bir sıra ekspertlər Qərbin İranla bağlı müxalifəti seçdiyini bildirsə də, daxildə şah rejiminin nüfuzu yüksək deyil:
"Münhen Təhlükəsizlik Konfransında şahın oğlu Rza Pəhləvinin tədbirə dəvət olunması, İran hakimiyyətinin isə dəvət olunmaması Tehranı çox ciddi şəkildə qıcıqlandırıb. Rza Pəhləvi çıxışında mövcud rejimin regional problem olduğunu bildirib. Hazırda şah varisinin İran daxilində nüfuzu Qərbin ehtimal etdiyi qədər deyil. Düzdür, bununla bağlı rəy sorğuları keçirilməyib. Amma Məhəmməd Rza şahın zülmünü görmüş insanlar yenidən onun oğlunun ölkəyə başçılıq etməsini mütərəqqi hadisə hesab etmirlər".
S.Soltan bildirib ki, hakimiyyətə gəlmək üçün göstərilən iki qüvvənin bir-birilə münasibəti yaxşı deyil:
"İran hakimiyyəti ilə bağlı iki qüvvə göstərilir. Bu qüvvələrin bir-birilə münasibətləri yüksək səviyyədə deyil və cəmiyyət tərəfdən birmənalı olaraq qarşılanmır. Hazırda ev dustaqlığında olan Mirhüseyn Musəvi, Mehdi Kərrubi kimi siyasi liderlərin heç də ondan zəif olmadığı barədə danışıqlar səsləndirilir. Bu baxımdan Rza Pəhləvi müxalifət və alternativ hökumət başçısı kimi çox zəif görünür. Şahın oğlu hakimiyyətə əslində qıcıqlandırıcı variant kimi təqdim edilir. Çünki İran hakimiyyətinin ən çox nifrət etdiyi siyasi qüvvə Rza Pəhləvidir.
Digər qüvvə olan Xalq Mücahidləri təşkilatı da şah rejiminə müxalifdir və şahın oğlu ilə yaxın əlaqələrinin olmadığı ilə bağlı fikirlər səsləndirilir. Ona görə də mücahidlərin də təkbaşına hakimiyyətə gəlməsi məntiqli deyil. Bu da İran hakimiyyətinə, perspektivinə alternativ qüvvə axtarışının davam etməsi ehtimalını irəli sürməsinə əsas verir.
Eyni zamanda ABŞ və müttəfiqlərinin İran hakimiyyətinə münasibəti birmənalı deyil. Çünki ABŞ və İsrail İnqilab Keşikçiləri Qvardiyasını terrorçu təşkilatlar sırasına daxil etdiyi halda, Böyük Britaniya, Almaniya və Fransa kimi müttəfiqlər hələ də SEPAH-ı bu siyahıya əlavə etməyiblər. Təşkilatın ayrı-ayrı üzv və liderlərinə sanksiyalar tətbiq olunub, amma SEPAH hələ də sanksiyaya məruz qalmayıb. Bu da Qərbin hazırda İran rejimini dəyişdirməyə hazır olmadığını deməyə əsas verir".
Fidan Ali,
KONKRET.az

Siyasi       Tarix: 28 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər bu gunun xeberleri cəbhədən video siyaseti xeberler bugun