İranda tanınmış idmançı edam edildi - BU SƏBƏBDƏN
İranın tanınmış güləşçisi Navid Əfkari 2018-ci ildə ölkənin cənubundakı Şiraz şəhərində hökumətə qarşı etiraz nümayişi zamanı su şirkətinin bir işçisini (başqa məlumata görə təhlükəsizlik keşikçisini) bıçaqla öldürməkdə təqsirli bilinərək bu gün səhər saatlarında edam edilib.
Bu barədə Fars ostanı ədliyyə departamentinin rəhbəri Kazım Musəvi məlumat verib.
Onun dediyinə görə Şirazın "Adilabad" həbsxanasında edam mərasimi "məhkumun valideynlərinin və ailəsinin təkidilə", qanuni prosedurlar yerinə yetiriləndən sonra icra olunub.
27 yaşlı idmançının ailəsi və fəallar bildiriblər ki, idmançı özü onu günahlandırmaq məqsədilə saxta etiraf almaq üçün içgəncələrə məruz qaldığını deyib. Güləşçinin vəkili də belə etirafın təqsiri sübuta yetirmək üçün kifayət olmadığını bildirib. İran Ali Məhkəməsi isə işgəncə xəbərlərini rədd edib.
N.Əfkarinin qardaşları Vahid və Həbib də bənzər ittihamlarla müvafiq olaraq 54 və 27 il həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donal Tramp, həmçinin bir sıra beynəlxalq təşkilat və tanınmış şəxslər İran hökumətini Navid Əfkarinin edamından daşınmağa çağırıb. 85 minədək idmançını birləşdirən Dünya Oyunçular Asosiasiyası isə N.Əfkari edam edilərsə İranı beynəlxalq idman yarışlarından xaric etməyi tələb edib. /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA