İranda vəziyyət dəyişir: Xamenei Prezeşkian qarşısında geri addım atacaq, əks halda..." - SENSASİON MƏQAMLAR

İranda vəziyyət dəyişir: Xamenei Prezeşkian qarşısında geri addım atacaq, əks halda...Cənub qonşumuz İranda baş verən daxili siyasi gərginlik davam edir. İrandakı hakimiyyət daxilində baş verənlər yüksək vəzifəli bir neçə məmurun istefasıyla nəticələnib. Prezident Məsud Pezeşkianın da istafa ərizəsini Ali dini liderə təqdim etdiyi bildirilir. Verilən xəbərə görə Ali dini lider prezidentin istefasını qəbul etməyib. Ümumiyyətlə, İranda nə baş verir və hadisələrin kökündə hansı məqamlar dayanır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, İranda baş verən istefalar dini və icra hakimiyyətləri arasında uçurumun genişlənməsindən xəbər verir:
İranda vəziyyət dəyişir: Xamenei Prezeşkian qarşısında geri addım atacaq, əks halda..."Əvvələr dini hakimiyyətlə icra hakmiyyəti demək olar ki, yüzdəyüz bir-birilərini tamamlayırdı. Amma tamamlanmayan dövrlər də olub. Rəfsancani, Hatəmi, Əhməd Nejat və başqaları müəyyən dönəmlərdə dini hakimiyyətlə ortaq siyasət aparıb. Pezeşkiana qədərki dönəmdə dini hakimiyyətlə baxışlar üst-üstə düşürdü. Ancaq Pezeşkianın prezident seçilməsi dini hakimiyyətlə icra hakimiyyətindəki çatları bir az da genişləndirdi. İndi icra hakimiyyətini təmsil edən, onun başında dayanan Məsud Pezeşkian və dini hakimiyyətin başında dayanan Seyid Əli Xameneinin müəyyən məsələlərdə fikir ayrılıqları var. Bu, özünü İran parlamentindəki müzakirələrdə də büruzə verir. İran Parlamentində qeyri-fars millətinə mənsub olan xalqların, xüsusən də azərbaycanlıların dil və ədəbiyyat məsələsinin tədrisində deputatların təxminən üçdəikisi bunu qəbul etmək istəmir. Digər xalqların dil və ədəbiyyatının orta məktəblərdə tədrisinin əleyhinədirlər. Parlamentin üçdəbir hissəsi isə bu fikri dəstəkləyir. Gördüyünüz kimi, hətta parlamentdə də, müəyyən narazılıqlar var. İcra hakimiyyətində problemlər mövcuddur. İstefalar baş verir. Pezeşkian dini hakimiyyətin qarşısında məsələ qaldırır ki, əgər prezident dönəmində verdiyi vədləri yerinə yetirməsə, o zaman hakimiyyətdə qalmağının heç bir anlamı yoxdur. Bu isə onu göstərir ki, dini hakimiyyət çox ciddi şəkildə icra hakimiyyətinə problemlər yaradır. İranda hakimiyyət daxilində baş verənlərin kökündə də bu faktor dayanır. Dini hakimiyyət öz gücünü qorumaqda israrlıdır. Artıq dünyada gedən proseslər göstərir ki, İran dini hakimiyyətlə yoluna davam edə bilməyəcək. Deməli, prezidentin və parlamentin səlahiyyətləri artırılmalıdır. Problemlər bununla bağlıdır. İran daxilində bunun ciddi şəkildə mübarizəsi gedir. Böyük ehtimalla yaxın zamanlarda dini hakimiyyət geri addım atmağa məcbur olacaq. Əks təqdirdə Pezeşkian da getsə, ölkədə çaxnaşmalar baş verəcək".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 05 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu cəbhədən görüntüleri en son xeberler zelzele