Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir.
KONKRET.az xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabında münasibət bildirib.
Salmanova Milli Məclisin sədri Sahibə Qafarovanın Aqil Abbasın çıxışına iradını əsaslı hesab edib. O, deputatların parlament tribunasından məsuliyyətlə istifadə etməli olduqlarını vurğulayıb.
Deputat əlavə edib ki, fərdi mülkiyyət hüququ ilə "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən mənzil təminatı mexanizmlərini eyniləşdirmək olmaz.
"Hesab edirəm ki, parlament tribunasından istifadə şəxsi məsələlərin gündəmə gətirilməsi ilə məhdudlaşmamalı, hər bir çıxışın arxasında ictimai məsuliyyət və qanunvericilik fəaliyyətinə töhfə vermək niyyəti dayanmalıdır", – deyə Səbinə Salmanova qeyd edib.
Maraqlıdır ki, deputatın bu mövqeyi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub. Tanınmış jurnalistlər Xoşqədəm Hidayətqızı və Naibə Qurbanova da deputatın fikirlərinə münasibət bildirərək onu linç ediblər.
Sumqayıtdan deputat seçilən Salmanovaya təmsil etdiyi ərazidə keçmiş məcburi köçkünlərlə yerli sakinlər arasında mənzillərlə bağlı yaranan mübahisələri xatırladaraq, bu məsələləri də Milli Məclisin gündəliyinə gətirməyi tövsiyə ediblər.
Rəylərdə S.Salmanovaya ünvanlanan replikalar da diqqət çəkib. Xoşqədəm Hidayətqızı deputata "Sizi tanımağıma çox şad oldum" deməklə eyham vurub.
Qeyd edək ki, Səbinə Salmanova 2024-cü ilin sentyabrında keçirilmiş növbədənkənar parlament seçkilərində 45 saylı Sumqayıt seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Natiq Səlim
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı