"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifadə olunan məhsulların qaraciyər və böyrək problemlərindən tutmuş ciddi dərman qarşılıqlı təsirlərinə qədər müxtəlif risklər yaratdığı bildirilib. Dərman istifadəsi ilə bağlı süni intellektə müraciət etməyin də təhlükəli nəticələrə səbəb ola biləcəyi vurğulanıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Pharmetic Sahibkar Əczaçılar Dərnəyinin (PGED) nümayəndələri sosial mediada yayılan möcüzəvi müalicə vədlərinin, şüursuz dərman istifadəsinin və süni intellekt vasitəsilə özünü müalicə etmək vərdişinin ciddi nəticələrə yol aça biləcəyini bildiriblər.
PGED-in sədri, əczaçı Şule Dilək Yağçı Tüysüz diabetin müalicəsində istifadə olunan və arıqladıcı təsiri ilə gündəmə gələn GLP-1 qrupuna aid dərmanlarla bağlı mühüm xəbərdarlıqlar edib.
Onun sözlərinə görə, bu preparatların nəzarətsiz istifadəsi pankreatitə, öd kisəsi problemlərinə, mədənin boşalmasının ciddi şəkildə ləngiməsinə və əzələ itkisinə səbəb ola bilər. İnternetdən əldə edilən saxta məhsulların da böyük təhlükə yaratdığı bildirilib.
Tüysüz xüsusilə soyuq zəncir şəraiti pozulmuş preparatların təsirini itirə biləcəyinə diqqət çəkərək, bu dərmanların yalnız həkim və əczaçı nəzarəti altında istifadə edilməli olduğunu vurğulayıb.
Nəzarətsiz tələbatın müalicəyə həqiqətən ehtiyacı olan diabet xəstələrinin dərmanlara çıxışını da çətinləşdirdiyi qeyd olunub.
Son illərin populyar istiqamətlərindən biri olan uzunömürlülük (longevity) mövzusu da əczaçıların diqqətində olub.
Əczaçı Aylin Özbey isə gəncləşmə vədi ilə satışa çıxarılan vitamin, mineral və bitki mənşəli qida əlavələrinin şüursuz istifadəsinin qaraciyər və böyrəklərə mənfi təsir göstərə biləcəyini bildirib.
Sosial mediada sürətlə yayılan gənclik reseptlərinin əhəmiyyətli hissəsinin kifayət qədər elmi sübuta əsaslanmadığını vurğulayan Özbey hər təbii məhsulun zərərsiz olmadığını xatırladıb.
Konqresdə gündəmə gələn digər təhlükə süni intellekt vasitəsilə özünü müalicə etmək meyli olub.
Əczaçılar çatbotların dərman dozaları və preparatların qarşılıqlı təsirləri barədə yanlış məlumat verə, ciddi xəstəliklərin diaqnozunun gecikməsinə səbəb ola biləcəyini vurğulayıblar.
Xüsusilə xroniki xəstəliyi olan, müntəzəm dərman qəbul edən və allergiyadan əziyyət çəkən şəxslərin süni intellektin cavablarına əsaslanaraq müalicəyə başlamasının ciddi risklər daşıdığı bildirilib.
Texnologiyanın səhiyyə sahəsində mühüm imkanlar yaratdığı, lakin həkim və əczaçını əvəz edə bilməyəcəyi qeyd olunub.
Əczaçı Pelin Tuba Fotan Ersoy da internet və sosial media üzərindən satılan saxta dərman və dermokosmetik məhsullara diqqət çəkib.
Onun sözlərinə görə, bazar qiymətindən xeyli aşağı qiymətə təklif edilən məhsullar lisenziyasız, saxta və ya uyğun olmayan şəraitdə saxlanılmış ola bilər. Xüsusilə tərkibi məlum olmayan məhsullar ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Əczaçılar vətəndaşlara mənşəyi bəlli olmayan sağlamlıq məhsullarından uzaq durmağı, dərmanları isə yalnız lisenziyalı apteklərdən əldə etməyi tövsiyə ediblər.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq