İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTODövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Azərbaycan sərhədçiləri pilotsuz kəşfiyyat uçuş aparatından (PUA) istifadə edib, habelə sərhəd pozucularından biri yaralanıb.
Bu barədə KONKRET.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, yanvarın 5-də saat 09:53-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadının "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıblar.
Xidməti ərazidə pilotsuz kəşfiyyat uçuş aparatı (PUA) vasitəsi ilə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada 21 kiloqram 600 qram narkotik vasitə "marixuana" aşkar olunaraq götürülüb.
Həmin gün saat 20:20-də Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmiş sərhəd pozucusu sərhəd naryadı tərəfindən verilən "Dayan" komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib.
Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq edib və sərhəd pozucusunu ayağından yaralayıb. Saxlanılan şəxsin üzərindən 1 ədəd xəncər aşkar edilib. Yaralanmış şəxsə sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı 1 ədəd bağlamada 6 kiloqram 400 qram narkotik vasitə "marixuana" (xırda bükümlərdə "metamfetamin", 1000 (min) ədəd psixotrop tərkibli "gapaprel" həbləri) və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxlərin İranın Parsabad şəhər sakinləri 1989-cu il təvəllüdlü Şeyxniya Əli Cəmşid oğlu və Əlipur Poya Qəşəm oğlu olduqları müəyyən edilib.
Yanvarın 6-da saat 00:15-də Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Həsənova Solmaz Saləddin qızı saxlanılmış və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 15 kiloqram 100 qram narkotik vasitə (14 kq 500 qram "marixuana", 600 qram "tiryək", 1300 ml maye halında "metadon M-40", 1560 ədəd psixotrop tərkibli həblər və 10 ədəd "sinarolac" göz damcısı)aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTOİrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Hadisə       Tarix: 06 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeberler bugun son xeberler 2026 kriminal xeber