İrandan GÖZLƏNİLMƏZ QƏRAR: Təklifdən imtina etdi
İran ABŞ və Aİ-nin yaxın həftələrdə nüvə razılaşmasına dair birbaşa danışıqlar aparmaq təklifindən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Wall Street Journal qəzeti yüksək vəzifəli qərb diplomatlarına istinadla məlumat yayıb.
Diplomatların sözlərinə əsasən, İranda əvvəlcə görüşdən sonra ABŞ-ın bəzi sanksiyaları aradan qaldıracağına dair zəmanət almaq istəyirlər. Onlar əlavə ediblər ki, İranın etirazı "yaxın aylarda birbaşa danışıqlara olan bütün ümidləri öldürməyib" və Tehranın bu addımı "gələcək danışıqlarda təsir rıçaqı əldə etmək cəhdi" ola bilər.
Avrokomissiya bir müddət əvvəl təsdiqləyib ki, Avropa diplomatiyası İranın nüvə proqramına dair Birgə hərtərəfli fəaliyyət planının iştirakçılarının qeyri-formal görüşünün çağırılması üzərində işləyir.
ABŞ da Aİ-nin əqidəsi altında "altılığ"ın iştirakı ilə İranla danışıqlarda maraqlı olduğunu bəyan edib. Vaşinqtonun bu sözlərinə cavab olaraq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı sanksiyaları qaldırmağa çağırıb.
2015-ci ildə İranla "altılıq" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, ABŞ, Çin) arasında Birgə hərtərəfli fəaliyyət plan imzalanıb. Plana görə İran nüvə proqramını məhdudlaşdırır, əvəzində isə ona qarşı sanksiyalar qaldırılır. Lakin bu plan heç 3 il də fəaliyyət göstərməyib. 2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada razılaşmadan çıxmaq və Tehrana qarşı sərt sanksiyalar tətbiq etmək barədə barədə qərar qəbul edib.
Read more: https://sputnik.az/world/20210228/426345958/irandan-gzlnilmz-qrar-.html

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər