İrandan ölkəmizə keçmək istəyən Əfqanıstan vətəndaşları SAXLANILDI
Dekabr ayının 17-də saat 02:06-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Goytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşları saxlanılıb.
Bu barədə KONKRET.az-a DSX-nin Mətbaut mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq Azərbaycana gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla istifadə edərək daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyən edilib.
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu
Danışıqlar dayandırıldı - İran nümayəndələri məkanı tərk etdi
"Neftçi" kapitanlarla bağlı qərar verdi
Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır
Bakı metrosunda gərgin anlar