İranın gizli "qəhrəmanı" ortaya çıxdı: Hücum anonsundan sonra məlumat yayıldı ki…

İranın gizli ABŞ-ın İrana ehtimal hücumu ətrafında müzakirələr davam edir. Diqqət çəkən məqam rəsmi Pekinin sərgilədiyi mövqedir. Çindən Boeing 747 təyyarəsinin İrana uçduğu, eyni zamanda Çin ordusuna məxsus 055 və 052D tipli bir neçə ağır esminesin Haynan bazasından İran sularına göndərildiyi bildirilir.
Analitiklərin fikrincə, bu, ABŞ-ın hərbi qüvvələrini regiona cəmləyərək Tehrana təzyiq göstərmə təşəbbüsünə qarşı Pekinin İrana dəstək nümayişidir.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Çinin İrana hərbi dəstəyi hələlik təsdiqlənməmiş iddiadır və belə məlumatlara istinad edərkən maksimum ehtiyatlı davranmaq zəruridir:
"Xüsusilə Yaxın Şərq kontekstində informasiya müharibəsi real və sistemli alətə çevrilib. Tərəflər bəzən qarşı tərəfi qorxutmaq, bəzən üçüncü aktorları prosesə cəlb etmək, bəzən də daxili auditoriyanı səfərbər etmək üçün məqsədli şəkildə şişirdilmiş və ya yarımçıq məlumatlar dövriyyəyə buraxırlar. Bu baxımdan istənilən iddianı avtomatik fakt kimi qəbul etmək doğru olmaz.
Bununla belə, səsləndirilən versiyanı tam istisna etmək də analitik baxımdan düzgün yanaşma olmaz. ABŞ–İran və İsrail–İran qarşıdurması hələ də regional təhlükəsizlik gündəminin mərkəzindədir və bu münaqişə yalnız ritorika səviyyəsində qalmır. İran uzun müddətdir ki, mümkün birbaşa toqquşma ssenarisini nəzərə alaraq hərbi, texnoloji və logistik hazırlığını gücləndirməyə çalışır.
Belə bir şəraitdə İranın beynəlxalq təcridə baxmayaraq özünə etibarlı hesab etdiyi məhdud sayda tərəfdaşlarla hərbi-texniki əməkdaşlığı artırmağa çalışması məntiqə uyğundur. Çin bu kontekstdə İran üçün həm siyasi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Pekin bir tərəfdən ABŞ-la açıq hərbi qarşıdurmadan yayınmağa çalışsa da, digər tərəfdən Vaşinqtonun Yaxın Şərqdəki dominant mövqeyinin zəifləməsində maraqlıdır. Bu səbəbdən Çin–İran əməkdaşlığı yalnız silah alqı-satqısı prizmasından deyil, daha geniş geosiyasi balansın tərkib hissəsi kimi qiymətləndirilməlidir".

Siyasi       Tarix: 31 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbərlər xeber az son xabarlar idman xeberleri