İranın növbəti təxribatı - Mürəkkəb oyun gedir
İranın Azərbaycan sərhədinə döyüş təyyarə ilə törətdiyi təxribatın bəllidir ki, Bakını hədələmək məqsədi daşıyır və davamlı olacağı istisna deyil.
Son günlər "Azərbaycan İrana zərbə endirmək üçün İsrailə platforma verib" iddiasının tirajlanması da bu kontekstdə təsadüfi deyil. Və bu iddiaların mənbəyinin Qərbdə olması maraqlıdır.
KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
Onun sözlərinə görə, bu iddiaların üç məqsədi var:
"Misal üçün, erməni lobbisinin üzvü kimi tanınan amerikalı konqresmen Eliot Engel bu yaxınlarda belə bir açıqlama vermiş, Ermənistan və İran mediası ona "istinadən" tirajlamışdı. Bu iddiaların üç məqsədi var.
Birincisi, İranın Azərbaycana qarşı ittihamlarına "istinad nöqtəsi" yaradılır;
İkincisi Bakıya qarşı təzyiq halqasını genişləndirərək, Ermənistana qarşı mümkün addımlardan çəkindirir;
Üçüncüsü, İsrailin İrana hərbi müdaxiləsini dəstəkləməyən qüvvələr Tehrana önləyici addımlar atmaq üçün "pas ötürür" və anti-İran koalisiyasının genişlənməsinin qarşısını alırlar;
Kifayət qədər mürəkkəb oyun gedir".

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir