İranın parlament nümayəndə heyəti Milli Məclisdə olub

İranın parlament nümayəndə heyəti Milli Məclisdə olubİranın parlament nümayəndə heyəti Milli Məclisdə olub
Fevralın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən bildirilib ki, nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra dövlətlərimiz arasında qurulan və indi də davam edən dost münasibətləri bundan sonra da inkişaf edəcək.
İki ölkə arasındakı yüksək səviyyəli siyasi münasibətlərdə dövlət rəhbərlərinin böyük xidmətlərini vurğulayan Milli Məclisin komitə sədri dövlət başçılarının qarşılıqlı səfərlərində imzalanan hüquqi sənədlərin münasibətlərimizin inkişafı üçün güclü hüquqi baza yaratdığını diqqətə çatdırıb.
İki ölkənin parlamentləri arasındakı münasibətlərə də toxunan Ziyafət Əsgərov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən söz açıb, pandemiya səbəbindən səngiyən qarşılıqlı səfərlərin pandemiyadan sonra yenidən bərpa olunması zərurətini qeyd edib, müştərək şəkildə həyata keçirilən layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.
İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnuri ilk növbədə Azərbaycan xalqını Vətən Müharibəsində əldə etdiyi qələbəyə görə təbrik edərək müharibədə şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr diləyib.
Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərini yüksək qiymətləndirən qonaq əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin və potensialın mövcud olduğunu vurğulayıb, bu işdə parlamentlərin mühüm töhfə verə biləcəyini ifadə edib.
Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyətinə toxunan qonaq İranın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərin bərpasında və yenidən qurulmasında maraqlı olan İran şirkətlərinin təcrübəsindən də söz açan Müctəba Zünnuri bir sıra İran şirkətinin bu layihələrdə iştirak arzusunu dilə gətirib.
Cənab Ziyafət Əsgərov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında erməni tərəfinin işğal dövründə törətdiyi dağıntıların inanılmaz dərəcədə böyük olduğunu diqqətə çatdırıb və həmin ərazilərin yenidən bərpasının və inkişaf etdirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet elan edildiyini bildirib.
Ərazilərin bərpasında digər dost ölkələr kimi İrana da üstünlük verildiyini vurğulayan Ziyafət Əsgərov İran xalqına və rəhbərlərinə bu məsələdə haqqı və ədaləti müdafiə etməklə Azərbaycana dəstək olduqlarına görə bir daha təşəkkür edib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvləri – Arzu Nağıyev və Kamal Cəfərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər. /oxu.az

Siyasi       Tarix: 16 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az sonxabar xeber.az