İranın yeni prezidenti KİMDİR? - Ömür və siyasət yolu

İranın yeni prezidenti KİMDİR? - Ömür və siyasət yoluXəbər verildiyi kimi, İranda keçirilən prezident seçkilərində qalibin adı məlum olub.
Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərdə qalib gəlib. Seçkilərdə iştirak edən yeganə islahatçı namizəd Əbdülnasir Həmmati və digər namizəd Möhsün Rezai onu qələbə münasibətilə artıq təbrik ediblər.
Hazırkı prezident Həsən Ruhani də xələfinin adının məlum olduğunu, lakin adını açıqlamayacağını qeyd edib.
İranın yeni prezidenti KİMDİR? - Ömür və siyasət yoluQeyd edək ki, seçkilərdə əvvəl 7 namizəd iştirak edirdi, daha sonra onların 3-ü geri çəkildi. Beləliklə seçki yarışı 4 namizədin mübarizəsi ilə davam etdi. Namizdələr məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Qazizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti idi.
Qonşu ölkənin 13-cü prezident seçkilərinin qalibi kimdir?
Azvision.az yazır ki, İbrahim Rəisi 14 dekabr 1960-cı ildə İranın Məşhəd şəhərində anadan olub. 1980-ci ildə dini təhsil alıb, karyerasını İslam İnqilabından sonra yeni hüquq sistemində qurmağa başlayıb. 1985-ci ildə yaşamaq üçün Tehrana köçüb və burada şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib. 1988-ci ildə İran xalqının Mücahidləri Təşkilatının üzvləri daxil olmaqla hakimiyyət əleyhdarlarının edamının təşkilində iştirak edib. O, "ölüm komissiyaları" adlandırılan iclaslarda oturan və on minlərlə insanı edama göndərən dörd hakimdən biri olub.
İranın yeni prezidenti KİMDİR? - Ömür və siyasət yolu1989-1994-cü illərdə Tehran prokuroru vəzifəsində çalışıb. 1994-cü ildə İranın Baş Müfəttişliyinin rəisi vəzifəsinə qədər yüksəlib. 2004-cü ildə İran prokurorunun müavini təyin edilib. 2005-ci ildə Prezident Mahmud Əhmədinejad Raisiyə təhlükəsizlik naziri vəzifəsini təklif edib, lakin o, imtina edib. 2014-cü ilin avqust ayında İbrahim Rəisi İranın Baş prokuroru olub. 2016-cı ilin mart ayında bu vəzifədən istefa verib və İslam dünyasının ən zəngin fondlarından biri olan Astana-i Quds Rəzəviyə rəhbərlik etməyə başlayıb.
İranın yeni prezidenti KİMDİR? - Ömür və siyasət yolu2017-ci ilin may ayında İran prezidentliyinə namizədliyini irəli sürüb, lakin hazırkı prezident Həsən Ruhaniyə məğlub olub. İranın yeni prezidenti mühafizəkar bir din xadimidir, Ali lider Ayətullah Xameneinin həmyerlisi, eyni zamanda yaxın adamı hesab olunur. Həmçinin, Qərb əleyhinə çıxışları ilə tanınan Rəisi iki il əvvəl ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Dünya       Tarix: 19 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xabar az valyuta mezennesi banklar xeberler bu qun