İranın yeni prezidenti peyvənd olundu
İranda koronavirus infeksiyasının geniş yayılması ilə yanaşı, ölkədə vətəndaşlara peyvənd vurulması prosesi davam edir.
Publika.az xəbər verir ki, avqustun 8-də İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi peyvənd vurdurub. İran Prezidentinin mətbuat xidmətindən bildiriblər ki, Prezident İranın milli istehsalı olan "Cov İran Barakat" peyvəndi vurdurub və özünü çox yaxşı hiss edir. Qeyd edək ki, İranın milli peyvəndi əhaliyə iyunun 14-dən vurulur. Bu peyvənd Məhşəd alimlərinin səyi nəticəsində meydana gəlib. Preparat kliniki testdən keçirilib və səmərəli olduğu müəyyənləşib.
İranın Səhiyyə Nazirliyinin yaydığı digər xəbərə görə, avqustun 8-də İranda 39 min 616 nəfər virusa yoluxub, 542 nəfər isə ölüb. Göründüyü kimi, İranda yoluxaraq ölənlərin sayında artım müşahidə edilir. Ölkədə yoluxanların ümumi sayı 5 milyona yaxınlaşır. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 3 milyon 539 min 35 nəfər sağalaraq evə buraxılıb.
İran mətbuatı yazır ki, yeni Prezident İbrahim Rəisi rəhbərlik edəcəyi kabinetin ilk iclasında COVID-19 virusu ilə mübarizə tədbirlərinin müzakirəsinə geniş yer ayıracaq.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq