"İranın Zəngəzur dəhlizinin açılmasına mane olmağa gücü çatmayacaq" – Deputat

"İranın Azərbaycana qarşı olan aqressiv münasibəti get-gedə daha da dərinləşir. Əgər bu cür davam edəcəklərsə, İran və Azərbaycan arasında münasibətlərin bundan sonra daha gərgin mərhələsi başlayacaq. İranı bu cür mövqeyə vadar edən Azərbaycanın əldə etdiyi yeni reallığın, regiona gətirdiyi yeni güc balansının İranın qəbul etməməsidir. Çox təəssüf ki, İran hesab edir ki, Azərbaycanın güclənməsi İranda yaşayan 35 milyondan çox azərbaycanlı üçün bir cazibə mərkəzi olar. Onlar da getdikcə İran dövlətindən daha çox hüquqlar tələb edə bilərlər. İranda əndişə yaradan budur". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İranın Azərbaycana qarşı təxribatlarından danışarkən deyib.
O qeyd edib ki, əslində məsələyə bir qədər tarixən yanaşsaq, indiki vəziyyət qaçılmaz idi: "Çünki İranda yaşayan azərbaycanlıların, yəni bütöv bir xalqın hüquqlarının məhdudlaşdırılması, onların ana dilində təhsil almalarının məhdudlaşdırılması, onların insan hüquqlarının tanınmaması, nəticə etibarilə, İranda yaşayan azərbaycanlıların öz hüquqlarına gətirib çıxarmalı idi. Bu konteksdə Azərbaycan da mütləq öz soydaşlarının yanında olmalı idi ki, bunda da çox aydın şəkildə artıq Azərbaycanın mövqeyi bəllidir. İranda yaşayan soydaşlarımızın hüquqları, azadlıqları və təhlükəsizliyi bizim məsələmizdir. Belə olduqda, İran məsələni hüquqi konteksdə deyil, öz konstitusiyasına uyğun olaraq hüquqlar tanımaqda deyil, məsələni daha çox Azərbaycana təzyiq etməkdə görür. Bu, kökündən yanlışdır, bu, doğru yol deyil".
İranın Ermənistandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı təxribatlı açıqlamasına da münasibət bildirən H.Babaoğlu deyib ki, İranın Zəngəzur dəhlizinin açılmasına mane olmağa gücü çatmayacaq:
"Ona görə də, hər fürsətdə İran rəsmiləri də, İran generalları da, hərbçiləri də və nəhayət İranın Ermənistandakı səfiri də bu cür radikal mövqe bəyan edir. Birincisi, əvvəldən İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ancaq buna gücü çatmayacaq. Çünki Zəngəzur dəhlizi açılmalıdır. İran regionda o qədər güclü dövlət deyil ki, onun fikirləri və ya mövqeyi imperativ olsun. Cənubi Qafqazda baş verən hadisələrdə, hazırkı tarixi mərhələdə söz sahibi olan ölkə Azərbaycandır. Eyni zamanda yeni güc balansının yaranması prosesində də iştirak edən ölkələr qardaş Türkiyə və Azərbaycanın müttəfiqi olan Rusiya Federasiyasıdır. Üçtərəfli bəyanatda da, ondan sonrakı reallıqda da biz Rusiyanın və Türkiyənin iştirakçılığını görürük. Çünki bu gün yaranmış güc balansının, sülhün qoruyucularından biri də Azərbaycanda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzidir. Ona görə də, İranın yeganə müttəfiqi bu gün aqressiv, təxribatçı və terrorçu Ermənistandır. Elə özünə bənzər ölkə ilə də ittifaq qurur. Yəni, İran da Azərbaycana qarşı terror edir, Ermənistan da". 
"Amma bu radikal mövqe nəticə etibarilə onların heç birinin lehinə deyil. Çünki onlar qarşıya qoyduqları məqsədlərə çata bilməyəcəklər. Yaxşı olar ki, İran rəsmilər regionda formalaşan yeni güc balansını görsünlər. Əgər bir ölkə diplomatik, siyasi üsullarla öz məqsədinə çatmağı bir kənara qoyub, terror vasitəsilə bunu etməyə çalışırsa, demək o ölkə artıq gücsüzdür. İran isə bunu edir", - deyə deputat əlavə edib.   
Aydın Nuri

Siyasi       Tarix: 10 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az bu gun bu gune olan xeberler son xəbərlər azərbaycanda xeberler bugun 2026