İranla ABŞ arasında nüvə danışıqları "yaxın günlərdə" BƏRPA EDİLƏCƏK

İranla ABŞ arasında nüvə danışıqları İranın Birləşmiş Ştatlarla 2015-ci il nüvə razılığını canlandırmaq üçün dolayı danışıqları yaxında yenidən bərpa olacaq. Bunu şənbə günü İranın xarici işlər naziri Avropa İttifaqının baş diplomatının danışıqlarda aylardır davam edən çıxılmaz vəziyyətə son qoymaq çağırışından sonra deyib.
"Biz danışıqları önümüzdəki günlərdə bərpa etməyə hazırıq. İran üçün 2015-ci il razılığının iqtisadi faydalarınını tamamını almaq vacibdir," xarici işlər naziri Hüseyn Əmir-Abullahian deyib və əlavə edib ki, Aİ-nin xarici işlər üzrə başçısı Cozep Borrellə "uzun, amma müsbət görüş" keçirib.
Razılıq mart ayında danışıqları koordinasiya edən Avropa İttifaqı Tehranla Prezident Co Bayden admnistrasiyası arasında 11 ay davam edən dolayı danışıqların ardınca razılığı imzalamaq üçün tərəfləri Vyanaya dəvət etdiyi zaman canlanmağa yaxın idi.
Ancaq danışıqlar o zamandan bəri dayandırılır, xüsusilə də Tehranın Vaşinqtona İranın elit təhlükəsizlik qüvvəsi olan İslam İnqilab Keşikçiləri Korpusunu ABŞ-ın Xarici Terror Təşkilatları siyahısından çıxarması ilə bağlı tələbi səbəbilə.
"Bizim danışıqları önümüzdəki günlərdə bərpa edəcəyimiz və çıxılmaz vəziyyətə son qoyacağımız gözlənilir. Artıq üç ay keçib və biz işləri sürətləndirməliyik. Mən Tehran və Vaşinqtonda verilən qərara görə çox şadam," Borell Tehranda keçirilən mətbuat konfransında deyib.
Bir İran və bir Avropa rəsmisi Borellin səfərindən öncə Reuters-ə bildirib ki, "iki məsələ, o cümlədən sanksiyalar məsələsi həll olunmalıdır," ancaq İranın Xarici İşlər Nazirliyi bu şərhi nə təsdiq, nə də təkzib edib.
"Biz İranla ABŞ arasıda danışıqların son qalan məsələləri həll etmək üçün gələcək günlərdə, mənim komandamın vasitəçiliyi ilə bərpa olunması üzərində razılaşdıq," Borrell Twitter-də yazıb. "Gələcək günlər deyəndə, ən sürətli şəkildə, dərhal demək istəyirəm."
2018-ci ildə ozamankı Prezident Donald Tramp İranın iqtisadi sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşdığa sazişdən geri çəkildi.
ABŞ-ın geri çəkilməsi və sanksiyaları bərpa etməsi ilə İran bir il sonra nüvə limitlərini aşmağa başladı. (Amerikanin Səsi)
/konkret.az

Siyasi       Tarix: 27 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər son xeberler bu gun son xəbərlər azərbaycanda son xeberler bugun 2026 azerbaycan