İranla ABŞ arasındakı gizli danışıqlar müsbət nəticə verdi - RUHANİ AÇIQLADI
Artıq İrana qarşı əsas sanksiyaların, o cümlədən neft sənayesinə, bankçılığa, gəmiçiliyə qarşı yönələnlərin ləğv ediləcəyi güclü dövlətlər tərəfindən qəbul olunur.
Publika.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani IRIB-ə (dövlət televiziyası) bildirib.
Dövlət başçısı 2015-ci il nüvə sazişini bərpa etmək istiqamətində Vyanada ABŞ ilə aparılan dolayı danışıqlar zamanı mühüm irəliləyiş əldə edildiyini, qəti razılığa nail olmaq üçün hazırda təfərrüatlar üzərində iş aparıldığını dilə gətirib.
Xatırladaq ki, dünən Avropa İttifaqının yüksək rütbəli rəsmisi də Vyanada tərəflər arasında son razılaşmaya az qaldığını bildirmişdi. Danışıqlar dünən başa çatdırılıb.
Nikbin rəylərə görə, İran bir neçə ay ərzində neft hasilatını 2,4 milyon bareldən 4 milyon barelədək artıra bilər. "Citigroup İnc." ekspertlərinə görə isə ABŞ İrana üçüncü rübdən etibarən gündəlik hasilatı 500 min barel artırmağa icazə verə bilər.
Həsən Ruhani hökuməti iyunun 18-də keçiriləcək növbəti prezident seçkilərinədək sazişi yekunlaşdırmaq istəyir. Hazırda hökumət Hörmüz boğazı yaxınlığında yeni neft terminalı tikintisini başa vurmaq üzrədir. NİOC (National İranian Oil Company) gələn aydan həmin məntəqədən neft tədarükünə başlamaq niyyətindədir.
İranın nüvə sazişinə qayıtması nəticəsində dünya neft bazarındakı qiymətlərin təxminən 5 dollar aşağı düşəcəyi güman edilir.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək