İranla Çin arasında 25 illik ŞOK RAZILAŞMA (YENİLƏNDİ)
İran və Çin əməkdaşlıq müqaviləsi imzalayıb.
Publika.az xəbər verir ki, Tehran və Pekin rəhbərliyi İranın Çinin başlatdığı "Bir kəmər, Bir yol" layihəsində iştirakını nəzərdə tutan 25 illik əməkdaşlıq müqaviləsi imzalayıb.
Rəsmi danışıqlar aparmaq üçün Tehrana gələn Çin Xarici İşlər Naziri Vang Yi, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. İclasda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 25 illik müqavilə imzalanıb.
****
13:08
Çinin Xarici İşlər naziri Vang Yi İranın paytaxtı Tehrana rəsmi səfər edib.
Publika.az xəbər verir ki, nazir ölkənin Ali dini lideri Ayətullah Əli Xamaneinin müavini Əli Laricani ilə görüşüb.
Görüşdə Çinin başlatdığı "Bir kəmər, bir yol" layihəsinə İranın qatılmasını ehtiva edən 25 illik əməkdaşlıq razılaşmasının müzakirə edildiyi bildirilir.
Qeyd edək ki, Yaxın Şərq səfərləri çərçivəsində Tehranda olan Vang Yi İran prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə də bir araya gələcək.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək