İranlı reper altı il müddətinə azadlıqdan məhrum edildi
İranlı reper Tumac Salehi ötən ilin payızında ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hökm iyulun 10-da çıxarılıb.
Məhkəmənin məlumatına görə, Salehi Məhsa Əmininin ölümündən sonra başlayan hökumət əleyhinə etirazlarda fəal iştirak edib.
Xatırladaq ki, ötən ilin oktyabrında həbs edilən 33 yaşlı reper internetdə geniş yayılmış mahnı və kliplərdə İran hakimiyyətini tənqid edib.
Musiqiçinin həbsindən sonra dövlət mediası onun gözləri bağlanaraq dediyi sözlərə görə üzr istəməsini əks etdirən video yayıb.
Ümumilikdə, İranda 20 minə yaxın insan hökumət əleyhinə nümayişlərdə iştirak etdiyinə görə həbs edib. Daha sonra qapalı məhkəmələrdə yeddi nəfərə ölüm hökmü çıxarılıb.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi