İrəvan və Tehran hər ikisi Azərbaycana düşmən zümrədir

İrəvan və Tehran hər ikisi Azərbaycana düşmən zümrədir"İrəvan və Tehranın qardaşlaşması Azərbaycan üçün hər hansı təhlükə törədə bilməz. Onların qardaşlaşması iki fars və erməni qardaşlarına xoş aura gətirməyəcək".
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Elşad Həsənov İrəvan və Tehranın qardaşlaşması məsələsinə münasibət bildirərkən deyib.
İrəvan və Tehran hər ikisi Azərbaycana düşmən zümrədirO, qeyd edib ki, İran fars-molla rejimi 30 il ermənilərin bizim əraziləri işğalda saxladığı zaman daim onlara dəstək oldu:
"İrəvanla Tehranın qardaşlaşması haqqında söhbət artıq Ermənistan mətbuatında neçə vaxtdır ki, gedirdi. Dünən isə İrəvan meri Qraçya Sarkisyan Tehran meri Əlirza Zəkaninin dəvəti ilə öz nümayəndə heyəti ilə birlikdə Tehrana səfər edib. İki günlük səfər zamanı İrəvan və Tehran arasında qardaşlaşmış şəhər sazişi imzalanacaq. Artıq bu haqda məlumat da yayılıb. Eyni zamanda Sarkisyan Tehran Şəhər Şurasının sədri Mustafa Çamrani ilə də görüşlər keçirəcək. 
Bildiyiniz kimi, İran fars-molla rejimi 30 il ermənilərin bizim əraziləri işğalda saxladığı zaman daim onlara dəstək oldu. Elə Birinci Qarabağ Müharibəsində biz onları məğlub etməyə hazır idik, ancaq İran molla rejimi onlara həm hərbi, həm siyasi, həm də ərzaq dəstəyi göstərdi. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan öz kitabında da qeyd edir ki, iran olmasaydı, Ermənistan həm siyasi, həm hərbi cəhətdən məğlub olardı. İran həddən artıq kömək göstərdi, dayaq oldu. İranın həmin bu siyasəti 30 il müddətinə davam etdi". 
Elşad Həsənov deyib ki, bizim "din qardaşı"mız olan İran düşmənlərimizə dəstək göstərir:
"Eyni zamanda 2020-ci ildəki 44 günlük müharibədə də fars-molla rejimi ermənilərin yanında oldu, onlara arxa dayaq oldu İran Azərbaycanın bu müharibədə qələbə qazanmasını istəmirdi, bunu qəbul etmirdi. Ona görə də, daim onların yanında olurdu. Erməni faşistləri işğal dövründə bizim 67 məsciddən 65-ni darmadağın edib, onların içərisində mal-qara, donuz saxlayıb. Buna da İran göz yumub, onlara dəstək olub. İran guya bizim "din qardaşı"mızdır. Ancaq bizim düşmənlərimizlə bir olub".
"İranın bu fars-molla rejimi öz xislətini erməni xisləti ilə birləşdirib və Azərbaycana qarşı həmişə birləşiblər. Ona görə də onlar qardaşlaşması nəyisə dəyişmir, dinləri, dilləri ayrı olsa da, onların məsləki, xisləti eynidir. Hər ikisi Azərbaycana düşmən zümrədir. İrəvan və Tehranın birləşməsi Azərbaycan üçün hər hansı təhlükə törədəcək səviyyədə deyil. Onların qardaşlaşması iki fars və erməni qardaşlarına xoş aura gətirməyəcək", - deyə politoloq əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 19 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun valyuta mezennesi banklar krminal bu gun cəbhədən ən son xəbərlər