İrəvana ordu yeridiləcək, Qasparyan Paşinyanı devirəcək - ŞOK AÇIQLAMA
Baş Qərargah qərarından dönməsə, Nikol Paşinyan qaçmağa məcbur olacaq, Baş Qərargahın qərarı kortəbii deyil.
Publika.az xəbər verir ki, bunu siyasi şərhçi Armen Badalyan deyib.
O, mülki əhali ilə ordu arasında toqquşmaları istisna etmir və baş nazirin gedişinə alternativ görmür.
"Bəyanatı təkcə Baş Qərargah rəisi Onik Qasparyan deyil, həm də bütün korpus rəhbərləri imzalayıb. Bu da bütün ordunun hökumətə qarşı olduğunu göstərir. Baş nazir tərəfdarlarına silah paylasa da, silahlı qüvvələrə müqavimət göstərə bilməyəcək", - siyasi şərhçi deyib.
Badalyan əlavə edib ki, indi Paşinyan polis və qoşunları kimi heç bir şey edə bilməyən müavinlərinə güvənir: "Bunlar arasında belə, baş nazirə mütləq dəstək də yoxdur. Onlar ölkədəki mövcud rejimi canlarının bahasına müdafiə etməyəcəklər. Adi vətəndaşlara gəldikdə, Paşinyan başa düşür ki, ordu qarşısında durmaq və onu qorumaq iqtidarında deyillər. Tərəfdarları azdır və toqquşmalar istisna edilmir. Əsgərlər şəhərə gətirilsə, Paşinyanın tərəfdarları da daxil olmaqla, hamı dağılacaq".
O bildirib ki, hökumət orduya qarşı güc tətbiq etsə, Onik Qasparyan silahlı çevrilişə gedəcək və o zaman Paşinyan üçün ən pis ssenari həyata keçiriləcək: "Hərbi çevrilişin xarici amillərin təsiri də daxil olmaqla, planlı hərəkətlər olduğunu istisna etmirik".
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Buna cavab olaraq hökumət başçısı ölkədə hərbi çevriliş cəhdi elan etdi və tərəfdarlarını küçələrə çıxmağa çağırdı.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək