"İrəvanın KTMT ilə bağlı iddialarını qəbul etmirik"
"KTMT-nin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistanın iddialarını qəti şəkildə qəbul etmirik".
KONKRET.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
"Təşkilatın Ermənistana hərbi-texniki yardımın göstərilməsini nəzərdə tutan qərarının Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməməsi nə bizim, nə də digər KTMT üzvlərinin günahıdır", – deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "France 24"ə müsahibəsində Ermənistanın KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iştirakını dondurduğunu bildirib. Ermənistan rəhbərliyi bundan əvvəl də KTMT və Rusiyanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Ölkə təşkilatın son vaxtlar keçirilən tədbirlərinə qatılmayıb.
Onu da qeyd edək ki, KTMT Katibliyi N. Paşinyanın son açıqlamasına münasibət bildirib və ölkənin təşkilatda iştirakını dondurması barədə İrəvandan heç bir məlumat daxil olmadığını vurğulayıb."Qafqazinfo"

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"