İşçi heyətin fəaliyyətinin idarəedilməsi və dəyəndirilməsinin önəmi

İşçi heyətin fəaliyyətinin idarəedilməsi və dəyəndirilməsinin önəmiFəaliyyətin idarəedilməsi – İnsan Resursları departamenti tərəfindən həyata keçirilən çox vacib və önəmli strateji prosesdir. Bu prosesin daxilində bir sıra tədbirlər həyata keçirilir. O cümlədən, fəaliyyətin nəzərdən keçirilməsi, onun dəyərləndirilməsi,  fərdi inkişaf planlarının tədbiqi və son mərhələdə işçi heyətin fəaliyyətinin qiymətləndirilməsi. Fəaliyyətin idarəedilməsi  ƏFQ-lərin müəyyən edilməsindən və onların fəaliyyətinin idarəetmə prosesinə tədbiq olunmasından başlayır. Rəhbərlik tərəfindən müəyyən edilmiş ƏFQ-lər mütləq şəkildə işçi heyətinin qarşısında qoyulan öhdəliklərdə və hədəflərdə öz əksini tapmalıdır.  Fəaliyyətin idarəedilməsi İnsan Resurslarının digər strateji sahələrlə çox bağlıdır. İllik fəaliyyətin dəyərləndirilməsi əməkdaşların təlim və inkişaf, mükafat və kompensasiya planlarının təşkili  və davamçıların yetişdirilməsində mühüm rol oynayır.
Fəaliyyətin idarəedilməsi üç mərhələdən ibarətdir və rəhbərlik tərəfindən təyin olunmuş müvafiq cədvələ əsasən aparılır. Birinci mərhələ adətən fevral ayında başlayır və iki ay müddətində icra prosesi yekunlaşır. İkinci mərhələ ilin ortasında, yekun mərhələ isə ilin sonunda baş tutur.
İlin əvvəlində  fəaliyyətin idarəedilməsi  öhdəliklərin və fərdi inkişaf planının müəyyən edilməsindən başlayır. Rəhbər onun tabeliyində çalışan işçi ilə birgə hədəfləri və fərdi inkişaf planını müzakirə edib razılaşmaya gəlir və qeydləri elektron  ya da kağız formatında qeyd edir. İlkin mərhələdə, prosesin təməlini düzgün qurmaq üçün  bir sıra məqamlar çox ciddi yanaşmanı tələb edir.  Bunların arasında:
Müəyyən olunmuş öhdəliklər və hədəflər SMART olmalıdır. Kifayət gədər detallı və dəqiq, hədəfləri tənzimləyən vaxt cədvəli reallığa uyğun olmalıdır, nəticələri qiymətləndirmə üsulları aydın və dəqiq olmalıdır.
Rəhbərlik tərəfindən tələb olunan hədəflərin icra olunması şirkətin ƏFQ-lərə tam uyğun və onlarla bağlı olmalıdır.
Texniki hədəflərdən başqa yumşaq vərdişlərin müzakirəsinin də müvafiq formada olması vacibdir. Yumşaq vərdişlər şirkətin dəyərlərinə tam uyğun olmalıdır.
Texniki və yumşaq vərdişlərin sayı işçi heyətin arasında mümkün gədər bərabər paylaşmalıdır. Məsələn, eyni kategoriyada çalışan işçilərin texniki və yumşaq vərdişlərinin sayı təqribən 8-10 arası olmalıdır. Bu cür yanaşma ilin sonunda aparılan qiymətləndirmə prosesinin obyektiv olmasına komək edir.
Müzakirələr zamanı rəhbərlik öz işçiləri tərəfindən rəy və ya təkliflər almağa açıq olmalıdır.
İlin ortasında aparılan dəyərləndirmə prosesi çərçivəsində rəhbər və onun tabeliyində olan əməkdaş artıq ilin ortasında əldə olunan nəticələrin qeydini aparırlar.  Hər hansı bir çatışmamazlıq və ya boşluq varsa onlar nəzərdən keçirilir, ilin sonuna gədər müsbət nəticələrin əldə olunması və razılaşdırılmış planın icrası müzakirə olunur.  Bu mərhələ üçün ayrılan vaxt cədvəli təbii ki, şirkətin rəhbərliyi tərəfindən müəyyən edilir. Bəzi şirkətlərdə bu prosesi başlayıb yekünlaşdırmaq üçün 2-3 ay, bəzilərində isə daha uzun vaxt ayrılır. Müsbət nəticələr əldə edilməsi üçün vaxtın 3 aydan 5 aya gədər ayrilması münasib yanaşmadır.  İşçilərin yarım ilik fəaliyyətinin nəzərdən keçirilməsi və növbəti təqvim il üçün büdcənin hazırlanmasında, həmçinin əməkdaşların  yay fəsilinə düşən məzuniyyət planı ilə toqquşa bildiyi üçün bu prosesə sərbəst vaxt müəyyən edilsə işin heç  bir risk olmadan vaxtında başa çatdırılmasına nail olmuş olarıq.
Yarım-illik dəyərləndirmə prosesi yekünlaşandan sonra hər bir işçi öz fəaliyyət və fərdi inkişaf planına əsasən öhdəliklərin icra edilməsini davam edir, rəhbər isə işçinin fəaliyyətini müşahidə edib hər hansı bir istiqamət ya mentorluq göstərir və bununla işçinin əmək nəticələrinin uğurlu olmasına dəstək vermiş olur.
İlin sonunda aparılan yekün dəyərləndirmə və qiymətləndirmə prosesi adətən 2 ay ərzində aparılır. Bu dövr ərzində işçilərin qiymətləndirilməsi icra olunur və nəticələr toplanıb rəhbərliyə təqdim edilir. Bu prosesin əsas məqəmlarından biri qiymətləndirmənin tam oyektiv aparılmasıdır.  Bunu təmin etmək üçün şirkətin rəhbərliyi tərəfindən aşağıda qeyd olunan məqamlara diqqət yetirilməsi tövsiyə olunur:
İlin əvvəlində işçi heyətin fəaliyyətinin qiymətləndirilməsində istifadə olunan ölçü vahidləri haqqında ətraflı məlumat təqdim olunmalıdır.
Fəaliyyətin ən sadə və ən qeyri-səmərəli, qeyri-effektiv qiymətləndirilməsi 90% dəyərləndirmə metodu olaraq iki nəfər arasında, rəhbər və onun tabeliyində çalışan işçi arasında aparılır. Bu prosesdə işçinin fəaliyyətinin yalnız bir rəhbər tərəfindən aparılması obyektiv ola bilməz.
Fəaliyyətin səmərəli olması üçün onun 180% və ya 360% dəyərləndirmə yolu ilə təqdib olunması tövsiyə olunur. O zaman, bu prosesə daha geniş auditoriya cəlb olunur və daha səmərəli müzakirələr aparılır.
İlin sonunda yekün illik fəaliyyətin dəyərləndirmə prosesinin faydaları və gələcək işdə açılan yeni imkanlar aşağdakılardır:
İlin sonunda qazanılmış nəticələr və qiymətləndirmə növbəti ildə mükafat (bonus) və işçilərin əmək haqqlarının artırlaması qərarını təyin edir (Bu iki prosesin bir birinə bağlı olunmaması fəaliyyətin dəyərləndirməsi vacibliyini və önəmliyini itirir).
Nəticələrə əsasən işçi heyətin arasında istedadların və fəaliyyətinin aşağı səviyyədə olanların araşdırılması.
İşçilərin carı il ərzində fərdi inkişaf planının nəticələrini nəzərə alaraq növbəti il üçün təlim və inkişaf planın hazırlanması.
Belə şəkildə işin təşkili və fəaliyyətin dəyərləndirilməsi rəhbərlik tərəfindən aşağıdakı müsbət nailiyyətlərin əldə olunmasında dəstək verir:
İşçilərin arasında sağlam iş mühitinin və rəqabətin təşkili.
Rəhbərliyə qarşi etimadın olması.
İşçilər tərəfindən şirkətin fəaliyyəti və strateji istiqamətləri haqqında məlumatların olması.
Ümümilikdə şirkətin fəaliyyətinin komanda şəkilində təşkili.
Hər hansı bir şirkətdə işçilərin fəaliyyətinin idarəedilməsinin göstərilmiş qaydada tədbiq olunması onun strateji hədəflərinə nail olmaq  və daha yüksək nəticələr əldə edilməsinə töhfə ola bilər.
Müəllif: Mehdiyeva Şeyda, 25 il müddətində Statoil (Equinor) və PETRONAS kimi beynəlxalq neft və qaz şirkətlərində, o cümlədən İnsan Resursları sahəsində 13 ilə yaxın rəhbər vəzifələrdə fəaliyyət göstərib. / azxeber.com

Sosial       Tarix: 20 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Nazir rəisi vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununl

Mərdəkanda dənizdə batan 4 gəncin - FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan çimərliyində 4 nəfər dənizdə batıb. xəbər verir ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta cəbhədən ən son xəbərlər ensonxeberler xeber saytlari