İsgəndəryan: "Laçın dəhlizi məsələsində Rusiya ilə Ermənistanın maraqları üst-üstə düşmür"
"Ruslar bu vəzifəni öz üzərinə götürüb, yerinə yetirsinlər. Yalnız bu o qədər də mümkün deyil. Çünki Laçın dəhlizi məsələsində Rusiya ilə Ermənistanın maraqları üst-üstə düşmür. Laçın dəhlizinin Ermənistan və Rusiya üçün əhəmiyyəti fərqlidir".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan mediasına müsahibəsində politoloq Aleksandr İskəndəryan deyib.
Onun fikrincə, hazırda Rusiyanın əsas məqsədi diqqəti Ukraynadan yayındırmamaqdır.
"Ermənistan üçün vacib olan 120 min insanın həyatıdır və vəziyyət pisləşərsə, onlar təhlükə altındadır. Əgər biz 9 noyabr bəyanatından danışırıqsa, söhbət iki deyil, üç ölkə liderinin imzaladığı bəyanatdan gedir. Təbii ki, rus sülhməramlılarının üzərinə götürdüyü vəzifələrə Laçın dəhlizi adlanan ərazi ilə malların və insanların maneəsiz hərəkəti daxildir. Yalnız bu vəzifələri yerinə yetirmirlər. Bu da təbii ki, Qarabağ və Ermənistan erməniləri üçün problemdir. Biz bütün imkanlardan istifadə etməliyik ki, situasiyanın qarşısı alınsın" – deyə İskəndəryan bildirib.
O, əlavə edib ki, bunu Ermənistandan çox Rusiyanın etməsini gözləmək çətindir.
"Çünki Rusiyanın prioritetləri Ermənistanla eyni deyil, fərqlidir" – deyə erməni ekspert qeyd edib.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO