İŞİD əmirinin arvadı: Ərim şokalada qısqandığı üçün adımı dəyişdi

İŞİD əmirinin arvadı: Ərim şokalada qısqandığı üçün adımı dəyişdiİŞİD terror qruplaşmasının "Türkiyə əmiri" olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova məhkəmədə danışıb ki, əri onun adını Türkiyədə eyni adlı şokalad markasına qısqandığı üçün dəyişdirib və "Həcər" qoyub.
Türkiyə KİV-lərinin xəbərinə görə, əri pilotsuz təyyarədən endirilən raket zərbəsi zamanı öldürüləndən sonra qadın bu ilin oktyabrında Suriyadan Türkiyəyə keçərək təslim olub. Onun barəsində terror təşkilatına üzv olmaq maddəsi ilə cinayət işi başlanıb, qadının ifadəsi alınıb və o, Mustafa Dokumacı ilə necə tanış olub evləndiyi, Suriyaya necə getdiyi və orada ərinin nə işlə məşğul olduğu haqda danışıb.
İŞİD əmirinin arvadı: Ərim şokalada qısqandığı üçün adımı dəyişdiMustafa Dokumacı İŞİD-in tərkibində Türkiyədən olan yaraqlıların cəmləşdiyi "Dokumacılar qrupu"nun rəhbəri olub. Həmin qrupun mənsubları 2015-ci ildə Ankarada dəmir yol vağzalı qarşısında terror aktı törədiblər, özlərini partladaraq 103 nəfərin həlak olmasına, yüzlərlə adamın yaralanmasına səbəb olublar.
Adıyaman polis idarəsində bu ilin oktyabrında verdiyi ifadədə Ülkər Məmmədova İŞİD-in tərkibində döyüşən 103 nəfər Türkiyə vətəndaşının barəsində məlumatları çatdırıb. Bildirib ki, Mustafa Dokumacı ilə sosial şəbəkələr üzərindən tanış olub, oxumaq üçün Türkiyəyə gedib və orada evləndikdən sonra 2014-cü ildə Suriyaya keçiblər. Ü.Məmmədova Azərbaycanda nüfuzlu ailənin övladı olduğunu, atasının polkovnik rütbəsi daşıdığını deyib. Ərinin onu "məcburən İŞİD bölgəsində saxladığını" iddia edib. Terror təşkilatının fəaliyyətində iştirak etmədiyini bildirib.
İŞİD əmirinin arvadı: Ərim şokalada qısqandığı üçün adımı dəyişdi"Mən uşaqlarım naminə Suriyaya getdim. Gözü dönmüş ərim uşaqlarımı müharibənin ortasına atacaqdı. Bir ana olaraq buna necə icazə verə bilərdim",-o məhkəmədə deyib. O bildirib ki, Ankara vağzalında terror aktını törədən İŞİD-çiləri əri tanıyırdı, amma özü bu adamları tanımayıb. "Onlar ərimlə bərabər Suriyaya gediblər. Amma mən tanımıram, heç bir terror aksiyasını dəstəkləmirəm. Mən İŞİD-in nəzarətində olan bölgədə sadə həyat sürürdüm, onların heç bir fəaliyyətinə qarışmırdım",-azərbaycanlı qadın bildirib.
İŞİD əmirinin arvadı: Ərim şokalada qısqandığı üçün adımı dəyişdiMəhkəmədə ondan İŞİD mənsubu olaraq özünə niyə "Həcər" kod adını seçdiyini soruşublar. Ü.Məmmədova isə bunu ərinin qısqanclığı ilə izah edib. "Adım Ülkər Türkiyədə şokalad, biskvit markasıdır. Ərim də qısqanc biri olduğundan bu ad tələffüz edildiyində insanların ağlına şokalad gəlməsin deyə mənə "Həcər" adını vermişdi. 2020-ci ilin avqustunda ərim hava hücumunda öldü. İdlibdə olduğumuz müddətdə ərim davamlı olaraq nələrsə araşdırırdı. Təhlükəli adam idi. Məni Türkiyəyə göndərmədi, çünki göndərsəydi onu ələ verəcəyimi bilirdi",-o deyib.
Ü.Məmmədova əri öldürüləndən sonra onun qardaşı Suat Dokumacı ilə əlaqə saxlayıb, Türkiyəyə dönmək istədiyini bildirib. Suat Dokumacı isə ona sərhədə gəlib Türkiyə əsgərinə təslim olmağı məsləhət görüb.
İŞİD əmirinin arvadı: Ərim şokalada qısqandığı üçün adımı dəyişdiMəhkəmədə prokuror Ü.Məmmədovanın ifadəsini səmimi hesab etməyib, onun İŞİD və ərinin fəaliyyəti barədə bildiklərinin hamısını demədiyini irəli sürüb. Və onun peşimanlıq qanunundan faydalanmasının tam şəkildə mümkün olmadığını, barəsində İŞİD üzvü kimi cəza verilməsinin düzgün olacağını deyib. Məhkəmə heyəti isə belə qənaətə gəlib ki, Ü.Məmmədovanın İŞİD üzvü olduğu təsdiqlənib, amma onun könüllü təslim olduğu, təşkilatın strukturu və fəaliyyəti barədə məlumatlar verdiyi nəzərə alınaraq haqqında cəza verilməsinə ehtiyac olmadığı qərara alınıb. Ü.Məmmədova məhkəmə zalından azad edilib. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 27 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün sou biznes sou xeberler bugun dunya xeberleri