İslamabadda möhtəşəm parad - FOTO
İslamabadda Pakistan Milli Günü münasibətilə hərbi parad keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi, Quru Qoşunları komandanı general Qamar Caved Bacva, hökumətin üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hərbi paradda tank, radar və hava hücumundan müdafiə sistemləri, ballistik raketlər, helikopterlər, döyüş təyyarələri nümayiş etdirilib.
Arif Alvi bu münasibətlə Pakistan xalqını təbrik edib, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində görüləcək işlərdən danışıb. Dünya dövlətlərinin diqqətini Hindistanın Cammu və Kəşmirdə törətdiyi qanunsuzluqlara yönəldən dövlət başçısı deyib ki, biz bu bölgələrdə yaşayan insanlara həmişə dəstək olacağıq.
Dövlət başçısı Şərqi Asiyada sabitliyin qorunması üçün Kəşmir məsələsinin həllinin vacib olduğunu vurğulayıb.
Sonda Pakistanın müxtəlif əyalətlərindən gələn rəqs kollektivlərinin iştirakı ilə böyük konsert proqramı keçirilib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər