İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanıldı

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanıldıTürkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və hazırlıq prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, mükafatların ödənilməsinə başlanılıb.
Gənclər və İdman NazirliyindənKONKRET.az-a verilən məlumata görə, ümumilikdə, 188 idmançı, 94 məşqçi və idman mütəxəssisini əhatə edən mükafatlandırma qaydalarında bir sıra yeniliklər tətbiq edilir.
Yeniliklər idmançıların motivasiyası və onların nəticələrinin qarşıdakı illərdə də yüksəldilməsinə xidmət edir. Buna görə də, əsas yenilik idmançıların hazırlığında rolu olan hər kəsin mükafat almasıdır. Təkcə məşqçilər deyil, eyni zamanda, idmançıların yarışlara hazırlığı prosesində əməyi olan digər mütəxəssislər (həkim, fizioterapevt, menecerlər) və eləcə də həmin yarışlarda ölkəmizi təmsil etmiş hakimlərə də mükafat müəyyən edilib. İdmançıların qazandığı medalın əyarından asılı olmayaraq, həmin mütəxəssislər 10 000 manat məbləğində mükafatlandırılacaqlar.
Digər yenilik odur ki, baş məşqçi, şəxsi məşqçi, köməkçi məşqçi və ya digər mütəxəssislər yalnız bir vəzifə üzrə mükafat alacaqlar. Milliləşdirilmiş idmançıların əldə etdiyi ən yüksək nəticələrə görə onların şəxsi məşqçiləri mükafatlandırılmır. Komanda yarışlarında ən yüksək nəticələrə görə baş məşqçi və köməkçi məşqçilər komandanın tutduğu yerdən asılı olaraq, fərdi idman növlərində baş məşqçi və köməkçi məşqçilərlə eyni məbləğdə mükafatlandırılırlar.
Daha bir yenilik idmançılara verilən mükafatların hissə-hissə ödənilməsidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, idmançıların böyük məbləğdə mükafatı bir dəfəyə alması bəzi hallarda onların idmançı karyerasını davam etdirməsinə marağı azaldır. Buna görə də onları sonrakı illərdə aktiv idman karyeralarını davam etdirməyə sövq etmək məqsədilə idmançılara verilən mükafatlar mərhələli şəkildə 3 il ərzində ödəniləcək Mükafat eyni zamanda idmançıların bundan sonrakı idman karyerasına dəstək üçün verilir. İdmançılar üçün nəzərdə tutulan mükafatın 40%-i 2022-ci ildə, 30%-i 2023-cü ilin 4-cü rübündə; qalan 30%-i 2024-cü ilin 4-cü rübündə ödəniləcək. İdmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq olunduğu halda mükafat ödənilməyəcək.
İdmançılar və məşqçilər üçün nəzərdə tutulan mükafatların ödənilməsi 2 kateqoriya üzrə tənzimlənir. Fərdi yarışlarda qazanılan nəticələrə görə, birinci yer üçün mükafat 70 000 manat, ikinci yer üçün 50 000 manat, üçüncü yer üçün 30 000 manat müəyyən edilib. Cütlük, üçlük və ya komanda hesabı proqramı üzrə medal qazanan idmançılar arasında mükafatın məbləği onların sayına uyğun olaraq, bərabər şəkildə bölünür.
Komanda idman növlərində verilən mükafat bir medala görə müəyyənləşdirilərək bölündüyü üçün və bu halda idmançılara düşən məbləğ nisbətən az olduğundan komanda üzvlərinə ayrılan mükafat fərqli yanaşma ilə nəzərə alınıb. Basketbol (3×3), bədii gimnastika (qrup hərəkətləri üzrə komanda) həndbol, futbol və voleybol idman növləri üzrə qazanılan medallara görə, komandanın hər bir üzvünə birinci yer üçün 40 000 manat, ikinci yer üçün 30 000 manat, üçüncü yer üçün isə 20 000 manat ödənilir.
Daha bir yenilik, bölgü zamanı əldə edilən uğurun çətinliyinin nəzərə alınmasıdır. Rəqabətin az olduğu çəki dərəcələrində medal qazanmış idmançılara verilən mükafat 5000 manat təşkil edir.

İdman       Tarix: 24 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar apa.az xeberler cəbhədən görüntülər cəbhədən yeni xəbərlər