İsmayıllıda ağır qəza: 3 nəfər həyatını itirdi - FOTOLAR / Yenilənib
"Opel" markalı avtomobillə "Honda" markalı motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü – 23 yaş Nihad Allahverənov, "Opel"in sürücüsü, 38 yaş İsa Rzayev və avtomobilin sərnişini (kimliyi hələ dəqiqləşməyib) ölüb.
KONKRET.az xəbər verir ki, qəza nəticəsində hər iki sürücü, eləcə də İsa Rzayevin avtomobilində olan qadın sərnişin hadisə yerində həyatlarını itiriblər. Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Honda" markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub.
Bu barədə KONKRET.az -a FHN-dən məlumat verilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Honda" markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.
Məlumat görə, "Opel" markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Hadisə yerindən fotoları təqdim edirik:

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA