İsmayıllıda avtomobil 3 qadını vurdu
İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, İsmayıllı şəhərinin "Günəşli" dairəsi adlanan ərazisində hərəkətdə olan "Ford" markalı avtomobil yolu keçən piyadaları, İsmayıllı rayon sakinləri, 1970-ci il təvəllüdlü Mirzəyeva Zivər Əziz qızını, 1968-ci il təvəllüdlü Qarakişiyeva Bəsti Tacir qızını və 1984-cü il təvəllüdlü Səfərəliyeva Aygün Məhərrəm qızını vurub.
Yaralılar təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.