İspaniyada yanğın zonasından keçən qatarda 20 nəfər xəsarət aldı
İspaniyanın Valensiya şəhərində meşə yanğını zamanı bölgədən keçən qatarda 20 nəfər yaralanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Caudiel rayonunda küləyin təsiri ilə alov dəmir yoluna sıçrayıb.
Alovun dəmir yoluna doğru gəldiyini görən mexanik qatarı saxlayıb və geri manevr edib. Bu zaman bir qrup sərnişin qapını açıb tullanmaq istəyərkən alov və tüstü vaqona daxil olub. Hadisə nəticəsində sərnişinlərdən 20-si yaralanıb. Qatar yanğın bölgəsindən Caudiel stansiyasına qayıdıb.
Qeyd edək ki, İspaniyada davam edən meşə yanğınları səbəbindən bölgədə 2 min insan təxliyə edilib. Valensiyada son 10 ilin ən böyük yanğınını söndürmək üçün 26 təyyarə və helikopter cəlb edilib.
İqbal Rzayev,
KONKRET.az

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR