İspaniyadan məcburi karantin QƏRARI: 14 gün...
İspaniyaya gələn bütün şəxslər, istər yerlilər, istərsə də əcnəbilər olsun, 14 gün müddətinə məcburi karantin şəraitində olacaqlar. Bu qayda mayın 15-dən qüvvəyə minəcək.
Publika.az "El Pais"ə istinadla xəbər verir ki, bu gün hökumətin rəsmi xəbərlərində dərc edilmiş fərmana görə, mayın 15-dən etibarən başqa ölkədən İspaniyaya gəlmiş hər bir şəxs özünütəcrid vəziyyətində olacaq. Belə şəxslərin evdən çıxması və ya yaşayış yerini tərk etməsi ərzaq məhsulları, dərman almaq və tibbi xidmətlərdən istifadə ilə məhdudlaşacaq. İctimai yerlərdə maska taxmaq məcburidir.
Bu qaydalar COVID-19 koronavirusuna yoluxmuş insanlarla təmasda olmamaq şərti ilə peşə fəaliyyəti ilə əlaqədar ölkəyə gələnlərə şamil olunmayacaq.
Bu gün açıqlanmış sənəddə qeyd edilir ki, İspaniya Daxili İşlər Nazirliyi hava və dəniz sərhədlərinə nəzarəti də bərpa edir. Bu zaman yalnız İspaniya vətəndaşlarının, transsərhəd işçilərin və diplomatların ölkədə gəlməsinə icazə veriləcək.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi