İsrail HƏMAS və "İslami cihad" üzvlərinin zərərsizləşdirildiyini bildirdi
İsrail Müdafiə Ordusu (SAXAL) "İslami cihad" radikal təşkilatının Xan Yunis briqadasının "Nuhba" xüsusi təyinatlı dəstəsinin komandirini və HƏMAS hərəkatının "Nuhba" xüsusi bölməsinin bir üzvünü məhv etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Briqadanın Xan Yunis bölməsinin "Nuhba" dəstəsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafa Qəzza zolağının cənubuna endirilən zərbə nəticəsində məhv edilib. Digər bir zərbə zamanı isə yeni döyüşçülərin cəlb olunması ilə məşğul olan HƏMAS-ın "Nuhba" bölməsinin üzvü Məhəmməd Üsamə Əbd əl-Əziz zərərsizləşdirilib", – deyə açıqlamada bildirilib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, "İslami cihad"ın "Nuhba" xüsusi təyinatlı dəstəsinin məhv edilən komandiri 2023-cü il oktyabrın 7-də Nir-Oz kibutsuna hücumda və bir israillinin qaçırılmasında iştirak edib.
"Son aylarda Əbu Mustafa Qəzza zolağında terror təşkilatının hərbi potensialının bərpasında mühüm rol oynayıb ki, bu da atəşkəs razılaşmasının pozulması deməkdir. Onun son fəaliyyəti və SAXAL üçün yaratdığı birbaşa təhlükə nəzərə alınaraq, Əbu Mustafa dəqiq zərbə nəticəsində məhv edilib", – deyə qurumun açıqlamasında qeyd olunub.
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?