Bu şəhərdə çimmək qadağan edildi - Təhlükəli vəziyyət pik həddə çatdı 

Bu şəhərdə çimmək qadağan edildi - Təhlükəli vəziyyət pik həddə çatdı Dünyanın bir sıra bölgələrində su qıtlığı getdikcə ciddi problemə çevrilir. Cənubi Afrikanın Keyptaun şəhəri də bu təhlükə ilə üz-üzədir. Yağıntıların azalması, su ehtiyatlarının aşağı düşməsi və istehlakın artması şəhər rəhbərliyini qabaqlayıcı tədbirlər görməyə vadar edib.
Keyptaun bələdiyyəsinin açıqlamasına görə, 2026-cı il dekabrın 1-dən şəhərdə birinci səviyyəli su məhdudiyyətləri tətbiq olunacaq. Sakinlərdən gündəlik su istehlakını ən azı 10 faiz azaltmaq tələb edilir. Adambaşına gündəlik su istifadəsinin 85 litri keçməməsi tövsiyə olunur.
Bu vəziyyət bir daha göstərir ki, su ehtiyatları tükənməz deyil və hətta inkişaf etmiş şəhərlər belə su qıtlığı təhlükəsi ilə qarşılaşa bilər.
Hindistanın Maharaştra ştatının Latur şəhərində 2016-cı ildə su çatışmazlığı o həddə çatmışdı ki, əhaliyə su qatarlarla daşınırdı. Bu hadisə su qıtlığının milyonlarla insanın gündəlik həyatına necə təsir edə biləcəyinin bariz nümunəsi idi.
Unutmayaq ki, Yer kürəsindəki su ehtiyatlarının yalnız kiçik bir hissəsi şirin sudur və onun da böyük əksəriyyəti buzlaqlarda, yeraltı qatlarda və birbaşa istifadəsi çətin olan mənbələrdə toplanıb. Bəs biz suya qənaət etmək üçün nə edə bilərik?
Bu, əslində düşündüyümüzdən daha asandır. Gündəlik vərdişlərimizdə kiçik dəyişikliklər etməklə xeyli suya qənaət edə bilərik:
1. Avtomobilinizi və motosikletinizi hər gün yumayın. Zərurət yarandıqda su sərfiyyatını minimuma endirin.
2. Həyətləri, pilləkənləri və döşəmələri şlanqla yumaqdan çəkinin. Təmizlik zamanı vedrədən istifadə edin.
3. Diş fırçalayarkən, qab yuyarkən və digər gündəlik işlərdə kranı lazımsız yerə açıq saxlamayın.
4. Suya qənaət edən məişət cihazlarından və texnologiyalardan istifadə edin.
5. Evdəki sızan kranları və boruları vaxtında təmir etdirin.
6. Dibçək bitkilərini və bağçanı sulayarkən ehtiyacdan artıq su sərf etməyin.
7. Küçələri və yolları içməli su ilə yumayın.
8. Yağış sularını toplamaq və təkrar istifadə etmək imkanlarından yararlanın.
Suya qənaət yalnız şəxsi məsuliyyət deyil, həm də gələcək nəsillər qarşısında borcumuzdur.
Bu gün israf etdiyimiz hər damla su sabah özümüzün, övladlarımızın və nəvələrimizin ehtiyac duyacağı ehtiyatlardan biridir.
Gəlin suyun qədrini onu itirəndən sonra deyil, bu gün bilək. Çünki susuz həyat mümkün deyil!
Bu çağırışı ailəmizlə, dostlarımızla və ətrafımızdakı insanlarla paylaşaq. Suya qənaət hər birimizin gündəlik həyat tərzinə çevrilsin.
Ağagül Mürsəlov,
KONKRET.az

Hadisə       Tarix: 28 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda doğulan, Şuşanı işğal edən erməni general öldü

Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Leonid Martirosov ölüb. -a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Leonid Martirosov 1939-cu ildə Bakıda anadan olub. O, 1961-c

Lənkəranda ev yanaraq külə döndü

Lənkəran rayonunun Şıxəkəran kəndində fərdi yaşayış evi yanıb. KONKRET.azxəbər verir ki, hadisə 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 120 kvadratmetr olan, bir mərtəbəl

Dünənki oyunda ölən əcnəbi baş direktor imiş

"Sabah" – "Barselona" oyununda ölən rusiyalı azarkeşlə bağlı yeni detallar bəlli olub. -a istinadən xəbər verir ki, 39 yaşlı rusiyalı azarkeş Anton Aleksandroviç Petrişşev UEFA Çempionlar Liqasının (ÇL

Tanınmış həkim həbs olundu

Tanınmış stomotoloq Zeynalabdin Allahyarov həbs olunub. bildirir ki, -ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqda

ABŞ-da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı

Nyu-York ştatının qubernatoru Keti Hokul yaxınlaşan güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edib. KONKRET.azglobalinfoaz-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. "Şükranlıq Gün

Xaçmazda evdən meyit tapıldı

Xaçmazda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Xudat şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. 64 yaşlı Tofiq Daşdəmir oğlu Mütəllimovu meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu

Xəbər verdiyimiz kimi, "Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib. -a istinadla xəbər verir ki, onunla birgə daha bir nəfər həbs edilib. Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir

İranda zəlzələ oldu: Naxçıvanda hiss edildi

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə –a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələni

Azərbaycanda bunu edənləri ömürlük həbs gözləyir

Azərbaycan Respublikasının qanunvericiliyində inzibati xətalara tətbiq olunan qısamüddətli inzibati həbslə cinayətlərə görə verilən azadlıqdan məhrum etmə cəzası fərqli anlayışlardır. KONKRET.azyenisabah-a istinadən xəbə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər siyaseti xeberler bugun sonxabar az son xeberler bu gun