İsrail kəşfiyyatı İranla bağlı ŞOK MƏLUMAT əldə etdi: bir neçə həftə ərzində... - VİDEO

İsrail kəşfiyyatı İranla bağlı ŞOK MƏLUMAT əldə etdi: bir neçə həftə ərzində... - VİDEOVideo əlavə olunub.

xxx
Son iki həftə ərzində İsrail kəşfiyyat xidmətləri ABŞ və bir sıra Avropa ölkələrinə İranın uranın 90%-ə qədər zənginləşdirilməsi üçün texniki hazırlıqla məşğul olduğu barədə məlumatlar ötürüb.
Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi "Axios" portalı ABŞ-dan olan iki mənbəyə istinadən məlumat yayıb .
İsrailin ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələrinə təhvil verdiyi kəşfiyyat məlumatlarına görə, İranın hazırlıq işləri ona bir neçə həftə ərzində uranın müəyyən edilmiş səviyyəyə zənginləşdirilməsinə keçməyə imkan verəcək.
Portalın məlumatına görə, 90% səviyyəsinə qədər zənginləşdirilmiş uran nüvə silahının hazırlanmasında istifadə edilə bilər.
İsrail Baş Nazirinin ofisi, Xarici İşlər Nazirliyi və ölkənin Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.
İyulda İranın o zamankı prezidenti Həsən Ruhani demişdi ki, onun ölkəsinin imkanları uranı 90%-ə qədər zənginləşdirmək üçün kifayətdir.
İranın nüvə proqramı üzrə JCPOA-nın bərpası ilə bağlı danışıqların yeddinci raundu bu ilin iyununda fasilədən sonra noyabrın 29-da Vyanada bərpa olunub.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib ki, İran və "beşlik" beynəlxalq vasitəçilərin (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) Birgə Komissiyasının iclası kifayət qədər uğurla başlayıb, danışıqlarda iştirak edənlər razılığa gəliblər.
Hüseyn

Dünya       Tarix: 30 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler xeberler bu gun xəbərlər.com meherremlik 2026