İsrail Ukraynanı məyus etdi - "Biz tərəf deyilik"
Ukraynanın İsraildən hərbi yardım istədiyi, eyni zamanda, vasitəçilik təklif etdiyi rəsmi Təl-Əvivin isə buna isti baxmadığı iddia edilib.
KONKRET.az xəbər verir ki, İsrailin Xarici işlər naziri Yair Lapid Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova ilə görüşündən sonra Kiyevin ölkəsindən hərbi yardım istədiyini və bunun müzakirə olunacağını söyləyib.
Lapid Ukraynadakı İsrail vətəndaşlarının evakuasiyası üçün çox qısa vaxtlarının olduğunu deyib.
Cabbarova isə İsrail mətbuatına açıqlamasında bildirib ki, dost ölkələrindən gələn səyahət xəbərdarlıqları xalqda panika yaradır, tinvestorların Ukraynanı tərk etməsinə və büdcə problemlərinə yol açır.
Cabbarova İsraildən Rusiya və Ukrayna arasındakı böhranda daha çox iştirak etməsini və gərginliyin sakitləşdirilməsində vasitəçi olmasını istəyib. O, Lapidi Ukrayna Xarici işlər naziri Dmitri Kuleba ilə görüşə dəvət edib.
Lapid isə İsrailin Rusiya-Ukrayna münaqişəsində tərəf olmadığını, buna görə də ehtiyatla hərəkət etdiyini bildirib.
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var