İsraildən KRİTİK Türkiyə açıqlaması: "Əməkdaşlığa hazırıq
"İsrail Türkiyə ilə əməkdaşlığa hazırdır".
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu İsrailin Energatika naziri Yuval Steynitz deyib.
Nazir Yunanıstan mətbuatına verdiyi açıqlamada Şərqi Aralıq dənizi Təbii Qaz Boru Kəməri Layihəsindən (Eastmed) danışıb.
O, sözügedən layihənin İsrail və Cənubi Kipr təbii qazının Avropaya çatdırılmasına imkan verəcəyini bildirib: "Bu layihə çox vacibdir. Dünyada ən uzun və ən dərin dəniz layihəsi olacaq. Bu layihə 5 il içində tamamlanacaq".
Steynitz əvvəllər İsrail qazının Türkiyəyə ixracı barədə danışıqların aparıldığını, amma bunun nəticə vermədiyini vurğulayıb: "Ümid edirəm ki, bir gün Türkiyə bölgəyə qoşulacaq və hətta sözügedən layihədə iştirak edəcək. Münaqişə əvəzinə koordinasiyanı seçəcəyinə inanırıq. Ümid edirəm ki, münasibətlərini dəyişdirəcəklər. Türkiyə ilə əməkdaşlıq etməyə hazırıq. Türkiyəni regional partnyor kimi görmək istəyirik".
"Eastmed" layihəsi Aralıq dənizinin şərqindən çıxarılan qazın Yunanıstan üzərindən İtaliyaya çatdırılmasını planlaşdırır.
Sözügedən layihənin 6-7 il ərzində tamamlanması və 7 milyard dollara başa gəlməsi gözlənilir.
Avropa İttifaqı layihəyə dəstək verir.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək