"İST Petrol"da yanacağa su qatıldı, avtomobillərə ziyan dəydi - RƏSMİ
Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki plastik butulkalara doldurulan yanacağın müxtəlif rənglərdə olduğu görünür. Sürücülər anlaşılmazlığın səbəbini öyrənmək üçün yanacaqdoldurma məntəqəsinə gələrək etiraz ediblər.
Yanacağa su qataraq vətəndaşların aldadıldığı iddia edilib.
"İST Petrol" yanacaqdoldurma məntəqəsi ilə bağlı irəli sürülən iddialara cavab olaraq "SOCAR Petroleum" QSC-dən bildirilib ki, məsələ ilə bağlı operativ şəkildə araşdırma aparılıb:
"Belə ki, "SOCAR Petroleum" QSC 11 aprel 2024-cü il tarixində "İST Petrol" MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürüb. Bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan, araşdırma aparılıb. Aparılan araşdırmanın nəticəsində sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən "SOCAR Petroleum" QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb. Belə ki, 11 aprel 2024-cü il tarixdə "İST Petrol" MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzində yanacaq dolduran sürücülərin problemləri qeydə alınıb. Hər bir sürücü ilə fərdi qaydada danışıqlar aparılıb. Onların problemləri dinlənilib və həmin problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR