İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqları baş tuta bilər
Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqları gözlənilir.
KONKRET.az xəbər verir ki, bunu "Yeni Şafak"a hərbi mənbələr bildirib.
Qeyd olunub ki, indiki durumda rəsmi Moskvanın başqa yerdə danışıqlara razılıq verməsi mümkün deyil: "Türkiyə hər iki tərəflə danışa bilən yeganə ölkədir. Bu, mümkün razılığın İstanbulda əldə olunmasına dair ehtimalı artırır".
Mənbə söyləyib ki, rəsmi Ankara da Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik və ev sahibliyi etməyə isti yanaşır: "Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri bu prosesin Türkiyənin liderliyi ilə sürətli şəkildə baş tuta biləcəyinə işarədir".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
Rəsmi Ankara savaşın ilk günlərindən etibarən tərəflər arasında vasitəçi olmağa çalışır.
2022-ci il iyulun 22-də Türkiyənin və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında "Taxıl sazişi" imzalanıb. Bu razılığın nəticəsində indiyədək dünya ölkələrinə 312 milyon taxıl daşınıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 8-də Türkiyəyə səfər edib.
Avqust ayında isə Rusiya lideri V.Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.//Report

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi