İstanbuldan Bakıya uçan təyyarədə İNSİDENT
Avqustun 11-də İstanbuldan Bakıya uçmalı olan təyyarədə gərginlik yaşanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Redaktor.az-a həmin təyyarədə olan tanınmış şair-jurnalist Mahir Cavadlı xəbər verib.
Onun sözlərinə görə, sərnişinlərdən biri uçmaqdan imtina edib.
Bu hal sərnişinlərdə şübhə doğurduğu üçün və kapitan təyyarənin təkrar yoxlanmasını tələb edib.
İstanbul hava limanının təhlükəsizlik qüvvələri isə olayla bağlı təyyarənin kapitanını günahlandırıbıar.
Kapitanın təlimata uyğun hərəkət etdiyini bildirən sərnişinlərin təkidindən sonra təhlükəsizlik qüvvələri təyyarəni yenidən yoxlayıblar.
Nəticədə təyyarə 3 saat gecikib.
Bu səbəbdən sərnişinlərin bəziləri bu reyslə uçmaqdan imtina edib.
Məsələ ilə bağlı AZAL-dan sorğumuza cavab olaraq bildirildi ki, həqiqətən "Azərbaycan Hava Yolları" aviaşirkətinin "J2 078" nömrəli İstanbul-Bakı reysində sərnişinlərdən biri təyyarəyə mindikdən sonra ictimai asayişi pozaraq uçuşdan imtina edib.
Aviaşirkətin qaydalarına əsasən, hava gəmisinin kapitanı bu reysin sərnişinlərinə təkrar baxış keçirib. Bununla əlaqədar, təyyarənin İstanbuldan Bakıya uçuşu təxminən 3 saat gecikmə ilə həyata keçib.
Turlar.az [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR