İsveçrə azərbaycanlıları beynəlxalq birlikdən ədalət tələb edir
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş silahlı hücum İsveçrədə yaşayan soydaşlarımızda hiddət doğurub, həmvətənlərimiz beynəlxalq birlikdən ədalət tələb edir.
Bu barədə azxeber.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının və İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının yaydığı bəyanatlarda ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənib.
İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından dərin narahatlıqlarını ifadə edən soydaşlarımız İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəminə diqqəti cəlb ediblər.
Bu ölkənin Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini sərt şəkildə qınayan soydaşlarımız İsveçrə hökümətini və beynəlxalq ictimaiyyəti regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa çağırıblar.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var