İsveçrə ilə siyasi məsləhətləşmələr keçirildi
Bu gün İsveçrənin paytaxtı Bern şəhərində Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamenti arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
KONKRET.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamentinin dövlət katibinin müavini xanım Anna İfkovits rəhbərlik edib.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətləri, iqtisadi və humanitar sahələr üzrə əlaqələr müzakirə edilib, ölkəmizin Avropa üçün etibarlı tərəfdaş kimi xüsusi əhəmiyyəti, nəqliyyat və enerji dəhlizlərin təminatında vacib rolu yüksək qiymətləndirilib.
Görüş çərçivəsində X.Xələfov və A.İfkovits tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması haqqında Saziş" imzalanıb.
Nazir müavini X.Xələfov, həmçinin İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamentinin dövlət katibinin digər müavini cənab Yohannes Matyassi ilə görüşüb.
Görüş zamanı tərəflər, Azərbaycan Respublikası ilə İsveçrənin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi və konsulluq məsələləri, Cənubi Qafqaz və Şərqi Avropada baş verən prosesləri ətraflı müzakirə ediblər.
Hər iki görüş zamanı İsveçrə şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturun formalaşdırılmasına, ilk növbədə Azərbaycana, xüsusən də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə cəlb edilməsi təklifi ətraflı müzakirə olunub.
Siyasi məsləhətləşmələr iki ölkə arasında konstruktiv siyasi gündəliyin mövcudluğunu, münasibətlərin yeni siyasi tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi zərurətini nümayiş etdirib.


Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun