İtaliyada yaşamaq istəyənlərə ŞAD XƏBƏR: cəmi 1 avroya
İtaliyanın paytaxtı Romadan təxminən 150 kilometr uzaqlıqdakı Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb.
Publika.az xəbər verir ki, xizək kurortlarının yaxınlığında yerləşməsi və özünəməxsus mənzərəsi ilə məşhurlaşan qəsəbədəki 630 binadan 250-si satılacaq. Bu addım atmaqda ən başlıca səbəb qəsəbənin əhalisinin 7 min nəfərdən aşağı düşməsi və bölgənin canlandırılmasıdır. 1930-cu illərdə qəsəbədə təxminən 13 min nəfər yaşayıb.
Bələdiyyə məclisinin üzvü Paolo Di Bacco deyib: "Qəsəbədəki təxminən 630 boş evdən 250-si bir avroya satıla bilər. Məqsədimiz müəyyən vaxt ərzində evlərin hamısında yaşayışı təmin etmək və onları əvvəlki gözəlliyinə qovuşdurmaqdır".
Di Bacco satış prosedurlarını sürətləndirmək və alıcıları maksimum 3 il ərzində yeni evlərini tez bir zamanda qurmağa təşviq etmək üçün yeni qaydaların tətbiq edildiyini söyləyib. O, evlər üçün depozitin tələb olunmadığını, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamayacaqları təqdirdə, onları 10 min avro cərimənin gözlədiyini bildirib.
Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin veb-saytına müntəzəm olaraq yüklənir.
Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Lakin orta əsr memarlığının üstünlük təşkil etdiyi qəsəbə Alp dağlarının xizək yamaclarına yaxınlığı səbəbindən turistləri cəlb etmək potensialına malikdir.
Xatırladaq ki, daha əvvəl İtaliyanın müxtəlif bölgələrində də bu kimi addımlar atılmış, evlər bir avroya satışa çıxarılmışdı.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm