İtaliyanın ən böyük aviaşirkəti fəaliyyətini dayandırdı
İtaliyanın ən böyük hava yolu şirkəti olan və 75 ildir fəaliyyət göstərən "Alitalia" oktyabrın 15-də fəaliyyətini tam dayandırıb.
Publika.az xəbər verir ki, "Alitalia" sonuncu aviareysini Sardiniya adasındakı Kalyari şəhərindən paytaxt Roma istiqamətində həyata keçirib.
1946-cı il sentyabrın 16-da qurulan və 1960-cı illərdə Avropanın aparıcı aviaşirkətlərindən biri olan "Alitalia" əsasən son 30 ildə maliyyə böhranı ilə üzləşmişdi. Bu müddət ərzində İtaliya hökuməti təxminən 13 milyard avroluq maliyyə dəstəyi ilə aviaşirkəti müflis olmaqdan xilas etmişdi. Lakin 2020-ci ildə başlayan COVID-19 pandemiyası və tətbiq olunan karantin qaydaları aviaşirkətin fəaliyyətinə mənfi təsir göstərib və şirkət müflis olduğunu açıqlayıb.
"Alitalia"nı 720 milyon avro sərmayə ilə yeni qurulan "Italia Trasporto Aereo" ("ITA") aviaşirkəti əvəz edəcək. "ITA" oktyabrın 16-dan etibarən ölkənin rəsmi hava yolu şirkəti olacaq.
"ITA"nın "Alitalia"nın təxminən 10 min 500 işçisindən 2800-nü işə götürəcəyi və bəzi hüquqlarını da alacağı bildirilir. "ITA" aviaşirkətinin donanmasında ilkin mərhələdə 52 təyyarə olacaq, bu təyyarələrin bir hissəsi "Alitalia"dan alınıb, bəziləri isə yeni təyyarələrdir. 2025-ci ilin sonuna qədər təyyarələrin sayının 105-ə çatdırılması planlaşdırılır.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm