İtalyan senator Ermənistan ordusunun soyqırımı və müharibə cinayətlərini pislədi
İtalyan senator Ermənistan ordusunun soyqırımı və müharibə cinayətlərini pislədi
İtaliya Senatında "İrəli İtaliya" Partiyası siyasi qrupunun sədr müavini, parlamentdə İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozması və çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş Azərbaycanın müxtəlif yaşayış məntəqələrini raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatla çıxış edib.
Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən verilən məlumata görə, beynəlxalq diplomatiyanın ən qısa zamanda Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müdaxilə etməli olduğunu deyən senator Maria Rizzotti vurğulayıb:
"Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul etdi. Son 24 saat ərazində baş verənlər Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq toqquşmaları gərginləşdirməsinə növbəti bir sübutdur. Ermənistanın raket hücumları nəticəsində 10 mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb".
İtalyan senator qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırımı və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir.
Bəyanatının sonunda senator M.Rizzotti beynəlxalq ictimaiyyətdən və İtaliya hökumətindən gözləntilərinin Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləmələri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etmələləri olduğunu deyib.
İtalyan senatorunun bəyanatı İtaliyanın "Agenzia Nova" xəbər agentliyi tərəfindən yayılıb. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."